Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.
Həmçinin iyulun 6-da Abşeron RETSİ-nə daxil olan 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında görüləcək təmir işləri ilə əlaqədar saat 11:00-dan 15:00-dək Aşağı Güzdək qəsəbəsi, Atyalı yaşayış massivi gərginliksiz qalacaq.
Eləcə də, Bağlar Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq “Fatmayi” yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində icra olunacaq təmir işləri zamanı saat 11:00-dan 14:00-dək Digah kəndi və Sovxoz yaşayış massivinin bir hissəsində enerjinin verilişində fasilə olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.