Flandriyada Günəşə Baxış Günü təşkil olunub
Brüssel, 6 iyul, AZƏRTAC
Flandriyanın 28 məntəqəsində bu gün ənənəvi Günəşə Baxış Günü çərçivəsində rəsədxanalar və astronomiya klubları qapılarını ziyarətçilərin üzünə açıb.
AZƏRTAC xəbər verir ki, tədbir Vereniging Voor Sterrenkunde tərəfindən təşkil olunub və iştirakçılar xüsusi Günəş filtrləri ilə təchiz edilmiş teleskoplar vasitəsilə Günəşi təhlükəsiz müşahidə edə bilirlər.
Ziyarətçilərə Günəşi adi gözlə, hətta gün eynəyi ilə belə izləməyin təhlükəli olduğu barədə məlumat verilir.
Təşkilatın bildirdiyinə görə, hazırda Günəş səthində bəziləri Yer kürəsindən də böyük olan iki nəhəng günəş ləkəsi qrupu müşahidə edilir. Xüsusi filtrlər vasitəsilə Günəş alovlanmalarını və onun xarici atmosferini də izləmək mümkündür.
Tədbirin məqsədi astronomiyaya marağı artırmaq və təhlükəsiz müşahidə qaydalarını geniş ictimaiyyətə çatdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [18:37]
Fransada irqçiliyə yol verən hərbçilərlə bağlı araşdırma başlayıb
- 24.08.2026 [17:58]
Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq
- 24.08.2026 [16:04]
Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib
- 24.08.2026 [15:36]
Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib
- 24.08.2026 [13:47]
Norveç Aİ-nin mövqeyinə baxmayaraq, Arktikada qazma işlərini davam etdirəcək
- 24.08.2026 [13:28]
İstanbulun tarixi qəbir daşları inventarlaşdırılır
- 24.08.2026 [12:42]