Azərbaycan Dövlət İnformasiya Agentliyi

300 illik kəlağayının nümayiş olunduğu yeni ünvan — Şəki Kəlağayı Muzeyi VİDEO

Şəki, 6 iyul, AZƏRTAC

Şəkidə Kəlağayı Muzeyi fəaliyyətə başlayıb. Bu nadir muzeydə təbii boyalarla bəzədilən Şəki sənətkarlarının 100-dən çox əl işi nümayiş etdirilir ki, onların arasında bir neçəsinin üç əsri haqlayan yaşı var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda, eləcə də Cənubi Qafqazda ipəkçiliyin inkişafı əsasən qədim tarixə və zəngin ənənələrə malik Şəkinin adı ilə bağlıdır. Burada ipəkçilik ənənələri əsrlər boyu qorunub saxlanılıb, inkişaf edib və yerli əhalinin həyatında mühüm rol oynayıb. Şəkidə ipəkçiliyin inkişaf etməsi, ondan təsərrüfat sahəsində geniş istifadə olunması bu diyarda aparılan arxeoloji tədqiqatlarla da sübuta yetirilib.

Şəki ipəyindən söz düşəndə ilk ağla gələn qadınların baş örtüyü olan kəlağayıdır. Şəki kəlağayısının sorağı tarixən olduğu kimi, bu gün də dünyanın müxtəlif ölkələrindən gəlir. Bu mənada Şəkidə Kəlağayı Muzeyinin açılması heç də təsadüfi sayıla bilməz. Ölkəmizdə və dünyada tarixi abidələr, muzeylər şəhəri kimi tanınan Şəkidə daha bir yeni ünvanın — Kəlağayı Muzeyinin fəaliyyətə başlaması turistlərin də diqqətini çəkir. Muzeyin qapılarını ilk açan media subyektləri sırasında AZƏRTAC-ın əməkdaşları da var.

Keçmişdə Şəkidə ipəkçiliklə şəxsi fabriklərdə, emalatxanalarda sahibkarlar məşğul olub və məhdud şəkildə fəaliyyət göstəriblər. Sonralar bu qiymətli məhsulun — Şəki ipəyinin şöhrəti həm ölkədə, həm də xaricdə yayılıb, bu məhsula olan tələbat artmağa başlayıb. Şəki yalnız Azərbaycanda deyil, ümumiyyətlə, regionda ipəkçilik mərkəzlərindən biri olub və bu, hətta Şəkinin gerbində də öz əksini tapıb. Belə tarixi mülklərdən biri də tacir Şirin bəyin mülküdür. Vaxtilə bu mülkdə ipəkdən kəlağayılar istehsal olunub.

Muzeyin ideya müəlliflərindən biri Ruhiyyə Rəhimova bildirir ki, tarixən olduğu kimi, bu mülkdə yerli və xarici turistlər qəbul olunur. Burada, həmçinin kəlağayı emalatxanası, istehsal prosesinin nümayiş etdirildiyi məkan, ustad dərslərinin keçirilməsi üçün xüsusi sahə, eləcə də Şəki ustalarının əl işlərindən ibarət kəlağayı muzeyi fəaliyyət göstərir.

Onun sözlərinə görə Şəki ipəyi hər zaman dünya bazarlarında öz şöhrətini qoruyub saxlayıb, bu bölgənin baraması və ipək sapı da yüksək qiymətləndirilib. Şəkidə ipəkçilik inkişaf etdikcə insanlar onun texnologiyasını və istehsalını da mənimsəyib, ixtisaslaşıblar. Şirin bəyin mülkündə tarixdə olduğu kimi, bu gün də ipək kəlağayılara müxtəlif təbii boyalarla qəliblər vurulur, onlara yenidən həyat verilir: “Bu muzeyi açmaqda məqsədimiz odur ki, gələn turistlər kəlağayının qədimliyini, kəlağayının məhz Azərbaycan tarixinə aid olduğunu bilsinlər. Biz ustad dərslərini də ona görə təşkil edirik ki, gələn turist onun həqiqətən Azərbaycana məxsus olduğunu öz gözləri ilə görsün və ona toxunsun. Muzeyimizdə 100-dən artıq kəlağayı var ki, onlar tarixdən qalan nümunələrdir. Hətta 300 yaşı olan, məhz Şəkiyə aid kəlağayımız var".

Ruhiyyə xanım emalatxana ilə bizi tanış edəndən sonra muzeyin yerləşdiyi digər hissəyə keçirik. İki hissədən ibarət kəlağayı muzeyinə daxil olanda insan təkcə qədim bir məkana düşmür, həm də özünü hüzur tapacağı bir yerdə hiss edir. Ruhiyyə xanım bütün detallar barədə ətraflı məlumat verir, hər bir kəlağayının tarixini, hazırlanma materialını, eləcə də hansı sənətkarın əl işi olduğunu söyləyir: "İpəkçiliyin inkişafı Şəkidə ticarətin və sənətkarlığın formalaşmasına mühüm təsir göstərib. Şəki sənətkarlarının xam ipəkdən hazırladıqları zərif parçalar, gözəl paltarlar, al-əlvan kəlağayılar xarici ölkələrə ixrac olunub, şəhər öz ipəyi ilə bütün dünyada məşhurlaşıb. 1931-ci ildə Şəkidə keçmiş SSRİ-nin ən böyük ipək sənayesi müəssisələrindən olan ipək kombinatı da işə salınmışdı".

Həmsöhbətimiz bizi daha sonra Şirin bəyin mülkünün digər hissəsi — qonaqların istirahət etdiyi məkanla tanış edir. Buradakı qonaq evləri, həyətin estetik quruluşu tarixlə müasirliyin kontekstində təşkil olunub. Hər bir otağın tarixi memarlıq üslubu günümüzlə səsləşən elementlərlə bəzədilib ki, bu da turistlərin istirahətinə müsbət təsir göstərir. Elə bu məqamda Ruhiyyə xanım bir məsələni də diqqətimizə çatdırır ki, istirahət mərkəzinin yerləşdiyi mülkün ərazisində "Xanın qonaq otağı" deyilən bir yer var. Ora doğrudan da vaxtilə xanın qonaq-qara üçün istifadə etdiyi yer olub.

Tarixi abidələr və muzeylər şəhəri olan Şəkidə belə bir məkanın fəaliyyətə başlaması, xüsusən kəlağayıya dair bütün məlumatların əyani şəkildə nümayiş etdirilməsi, kəlağayının tarixindən bəhs edən elementlərin sərgilənməsi, ilk növbədə, yerli və xarici turistlərin marağına səbəb olur.

Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov muzeyin əhəmiyyətini nəzərə alaraq, bu tarixi məkanı turizm marşrutuna daxil etdiklərini, bununla da tarixi ipəkçilik ənənələrinin yaşadılması və təbliği istiqamətində birgə iş aparıldığını bildirib: "Şəki regionumuzun, ölkəmizin ən məşhur turizm destinasiyasıdır və burada mədəni irsimiz bizim ən ciddi resursumuzdur. Şəki, bildiyimiz kimi, öz sənətkarlığı, qastronomiyası və tarixi abidələri ilə daim turistlərin diqqətini çəkib. Hər kəsə bəllidir ki, Şəkini ipək, eləcə də kəlağayı olmadan təsəvvür etmək mümkün deyil. Qədim ipəkçilik ənənələri olan Şəkidə hazırda müxtəlif ipək emalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərir. Biz də tərəfdaşlarla daim birgə fəaliyyət göstəririk. Çünki bunun turizm sənayesinə çox ciddi təsiri var. Bu məkanda, həmçinin regionun ilk Kəlağayı Muzeyi fəaliyyət göstərir. Məkana gələn turistlər həm əylənmək, həm də tarixi keçmişimizlə yaxından tanış olmaq imkanı qazanırlar ki, bu da müasir turizmin tələblərinə tam cavab verir".

Şahin Məlikov əlavə edib ki, turistlər birbaşa kəlağayının emal prosesinə dair ustad dərslərinə qatılmaqla yanaşı, həm də Şəkinin ipəkçilik tarixi və ənənələri haqqında geniş məlumatlar əldə edir, sonda isə dadlı milli mətbəx qastronomiyasına qonaq olurlar.

Xatırladaq ki, Azərbaycan kəlağayı sənəti 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına" daxil edilib.

Müxbir - Rasim İslamoğlu

300 illik kəlağayının nümayiş olunduğu yeni ünvan — Şəki Kəlağayı Muzeyi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir