Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz İslam Ordusunun Bakı yürüşü müasir romanda – məqalə

Qafqaz İslam Ordusunun Bakı yürüşü müasir romanda –  məqalə

Bakı, 15 sentyabr, AZƏRTAC

Uzun illər biz tarixi onu öyrədənlərin maraqları və məqsədləri müstəvisində mənimsəmişik. Bu səbəbdən də dövlətimiz, millətimizlə bağlı bəzi tarixi faktların, hadisələrin üzərindən ya ümumiyyətlə, sükutla keçilib, ya da onlar bizə tamamilə yanlış rəngdə təqdim edilib. Bu baxımdan, ilk demokratik respublikamız olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC), onun yaradılması və süqutu, mövcud olduğu illərdə baş verən hadisələrdən söz açan bədii mətnlər aşkar etmək (xüsusilə sovet dövründə!!!) mümkünsüz idi. Ən yaxşı halda, tarixi həqiqətlər bu mətnlərə birtərəfli, təhrif edilmiş şəkildə gətirilirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Qafqaz İslam Ordusunun Bakı yürüşü müasir romanda” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Müstəqilliyə nail olduğumuz illərdən bəri Azərbaycanımızın AXC mərhələsi ilə bağlı müəyyən əsərlər yazılmağa başlandı. XX əsrin əvvəllərində baş verən hadisələr, Cümhuriyyətin qurulması, bunun uğrunda gedən mübarizələr, şəxsiyyətlərin mücadiləsi, milli inkişaf, mətbuatın və maariflənmənin aparılması istiqamətində aparılan işlər, türkçülük uğrunda mücadilə və s. məsələlər bir sıra romanların mövzusuna çevrildi. Bu fakt haqqında düşünərkən belə bir sual meydana çıxır: bu gün - 15 Sentyabr 1918-ci ildə Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnaklardan azad edilməsi kimi tarixi əhəmiyyətli hadisə necə, ədəbiyyatımızda təsvir edilibmi? Və ya necə təsvir edilib?

Əslində, bir qədər düşündükdə bəzi romanlarda əks olunan əsas hadisələrin fonunda ötəri də olsa, bu fakta toxunulduğunu demək olar. Halbuki dövrün gerçək hadisələrinin özü romanlarımızda 1990-cı illərin sonlarında, həm də fraqmentar şəkildə görünməyə başlamışdır. Məsələn, ilk belə gerçək “görüntü” İsmayıl Şıxlının “Ölən dünyam” romanında müşahidə edilır. Bu, demək olar ki, ilk bədii əsərlərdəndir ki, tariximizin AXC mərhələsi ilə bağlı bəzi təfərrüatlar həqiqətə uyğun şəkildə, təhrif edilmədən təqdim olunur. 1995-ci ildə yazılmış romanda, eyni zamanda, ötən əsrin 30-cu illərində sovet quruculuğu prosesi, haqsız qırğınlar, insanların sovetləşməyə qarşı münasibəti əks etdirilsə də, AXC, onu quran, ordu quruculuğunda iştirak edən şəxsiyyətlər haqqında da müəyyən məlumatlar öz əksini tapıb. Konkret süjet xətti olmayan roman yazıçının ömrünün son illərində və xəstə olduğu zamanlarda qələmə alındığından tamamlanmayıb. Bununla belə, Cümhuriyyət tariximizlə bağlı olduğu və o dövrün həqiqətlərini əks etdirməyə çalışan ilk mənbə olduğu üçün ədəbiyyat tariximizdə öz yeri var. Çünki əsərdə fraqmentar və ötəri də olsa, dövrün izlərini görə bilirik: “Oktyabr inqilabından sonra rus imperiyası dağıldı. Müstəmləkələr istiqlaliyyət əldə etdilər, öz dövlətlərini yaratdılar. O cümlədən Azərbaycanda da Demokratik Azərbaycan Cümhuriyyəti yaradıldı. İndi əsas məqsəd bu dövləti əldə saxlamaq idi. Bunun üçün əsas şərtlərdən biri Azərbaycanın ordusunu yaratmaqdır... Xudadat bəy dərk edirdi ki, mütləq hərbi səfərbərlik elan etmək və yaxşı ordu yaratmaq lazımdır”.

Bundan başqa, yenə də əsrin əvvəllərinin hadisələrindən bəhs edən və indiyə qədər bədii mətnə gətirilməmiş həqiqətləri ifadə edən “Difai fədailəri” romanını qeyd etmək olar (Sabir Rüstəmxanlı). Əsər Əhməd bəy Ağaoğlu haqqında avtobioqrafik roman kimi yazılsa da, dövrün bir çox hadisələrini əsas tale fonunda müşahidə etmək olur.

Bütünlüklə türk ordusunun Bakıya yardıma gəlməsindən və dövrün qanlı hadisələrindən bəhs edən əsər kimi “Qan içində işıq” (Güllü Məmmədova) romanının adını çəkə bilərik. Güllü Məmmədovanın bu tarixi-sənədli romanı 1918-ci ilin qanlı hadisələrindən bəhs edir. Yenicə yaranan Azərbaycan Xalq Cümhuriyyətini məhv etmək, Bakı neftini ələ keçirmək üçün birləşən düşmən qüvvələri ilə döyüşən əfsanəvi komandan Nuri Paşa və əsgərlərinin şücaəti, zəfərləri faktlar və sənədlər əsasında qələmə alınıb.

Romanda göstərilir ki, Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər çətin, məşəqqətli bir döyüş yolu keçib. Müəllif sanki əsgərlərlə çiyin-çiyinə addımlayaraq qazanılmış qələbələrin hansı əziyyətlər, çətinliklər, ağır itkilər bahasına başa gəldiyini real təsvirlərlə oxucuya çatdıra bilir. Romanda sovet dönəmində cinayətləri bizə məlum olmayan daşnak Şaumyanın, müsəlmanların qatı düşməni Leninin iç üzünü ifşa edən sənədlər də öz əksini tapıb.

“Qan içində işıq” romanında Bakının işğaldan azad edilməsi bir qəhrəmanlıq dastanı kimi vəsf edilib, Azərbaycan və türk əsgərlərinin düşmənə qalib gəlmək əzmi, mərdlik və mətanəti ətraflı təsvir edilib. Roman ruslar və türklər arasında gedən müharibədə qələbə (1915) çalan ruslar haqqında, daha doğrusu, əsir türklərin Azərbaycandan keçirilərək qatarla Rusiyaya daşınmasının təsviri ilə başlayır. Nağı bəy Şeyxzamanlının - Gəncə Gənclər Təşkilatının sədrinin camaatın əllərindəki sovqatı türk əsirlərə verməsini, yaralı, vəziyyəti ağır olanların qatarlardan düşürdülərək hospitalda saxlanmasını təşkil etməsini əks etdirir. Əsərdə həm sevgi hekayəsi, habelə erməni Mkrtıçın ermənilərin görüş yeri olan evinin təsviri, rusların gizli polisində işləyən Rəhim bəy haqqında yazılanlar, Gəncənin girəcəyində yandırılan evlər, soyğunlar, soyqırımının qurbanlarından olan Mələk və s. romanda maraqla qarşılanan talelər və səhnələrdir.

Türkiyəyə yardım üçün gedən Nağı bəy Şeyxzamanlının Ənvər Paşa ilə, onun vasitəçiliyi ilə Sultan Rəşadla görüşü, Nuru Paşanın Azərbaycana yola düşməsi kimi tarixi faktlar da maraqlı təsvir edilib. Amma o da maraqlıdır ki, əvvəlcədən sənədli-tarixi əsər yazmağı qarşısına məqsəd qoyan müəllif romana bir qədər mifik çalar da qatmağa çalışıb. Məsələn, əsərə verilən bir epiloq, əvvəldə ağ atlının təsviri, qan içində işıq görünməsi (qadının yuxusu), ikinci fəslin əvvəlində “göylərdən enmiş ağ atlı” başlığı altında Nuru paşanın ailəsi, atası haqqında məlumat verilməsi bu təəssüratı bir qədər də genişləndirir... Lakin sonrakı gedişat realistik hadisələr müstəvisinə endirilir və bu da qoyulan məqsədə doğru yolda sapmaya səbəb olur.

Vehib Paşa, Yavər Qılınc Əli, Nuru Paşanın Ənvər Paşaya yazdığı məktublar, “Bakı sürətlə zəbt edilməzsə, buralarda durum daha da təhlükəli hal alacaqdır” ismarıcı, Nuru Paşanın siyasi müşaviri Əhməd Ağaoğlu haqqında xüsusi məlumatın verilməsi, “Difai” haqqında verilən məlumat (“Difai” xalqa qənim kəsilən, müsəlmanlara qan udduran düşmənləri gizlincə cəzalandırmaq kimi bir yol seçdi” - 121), “İlk işimiz Kiriçenskini cəzalandırmaq olacaq” (Gəncə general qubernatorunun Qarabağda müşaviri), “Kalaşapovu cəzalandırmaq lazımdır” tələbi və s. dövrün hadisələrinin dinamikasını, mahiyyətini, türk ordusunun gəlişinin əhəmiyyətini ifadə etmək üçün vasitədir. “Azərbaycan və azərbaycanlıları düşməndən qurtarmaq üçün Osmanlı ordusu məmləkətinizə gəldi. Bu orduya canla-başla yadım etməniz lazımdır. Bu şiddətli istidə müharibə edən zabit və əsgərlərdən bir çoxları susuzluqdan həlak olmuşlar”, - deyən Nuru Paşanın yanğısının ifadəsi, ordunun keçdiyi yolların və mübarizəsinin təfərrüatlı təsviri mətnin həm informasiya yükünü artırır, həm də hadisələrin gerçək mahiyyəti açmağa xidmət edir. Roman bu faktları göstərməklə (“Nuru Paşa masanın arxasına keçdi və Ənvər Paşaya raport yazdı: “Düşmən Bakıda əli silah tutan və hər millətdən olan kişiləri silahlandırmaqdadır. Bakıdakı düşmən qüvvəsinin 10 min olduğu təxmin edilməklə bərabər, əlavə qüvvələr aldıqları casuslar vasitəsilə öyrənilmişdir. Bakının zəbti üçün aşağıdakı gücə və cəbbəxanaya ehtiyac var”) ordunun qarşıya qoyulmuş məqsədə yetmək üçün hansı məşəqqətlərdən keçdiyini ifadə edir.

Roman bütün məziyyətlərinə baxmayaraq, qüsurlardan da xali deyil. Məsələn, bu zəfər yürüşünün “işğal” adlandırılması böyük qüsurdur. Hətta obrazın dili ilə verilsə belə: “Həbib bəy çətinliklər haqqında elə həmin gün Nuru paşaya göndərdiyi raportda yazırdı: “Bu gün Ağbulaq stansiyasını işğal etdim. Yarın ələti düşmən olsa belə Allahın müşayiəti ilə işğal etmək üzrə irəliləyəcəyəm”.

Daha bir qüsur xroniki təqdimatla tarixi roman rakursunun qarışdırılmasıdır. Bu ailənin tarixi, Nuru Paşanın hərbi keçmişi haqqında danışdıqdan sonra birdən birə xronikal təqdimata keçilir. Lakin bununla belə, bu cür romanların yazılması tariximizin hələ də sona qədər öyrənilməmiş səhifələrinin vərəqlənməsi, oxunması, həm də bədii mətn müstəvisində oxunması üçün vacibdir. Çünki ədəbiyyat faktı da, tarixi də, yaşananları da sənəddən daha qüvvətli bir şəkildə yaddaşlara yaza bilir. Onun bu gücü unudulmamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb