Qana COVAX mexanizmi vasitəsilə vaksin alan ilk dövlət olub
Bakı, 24 fevral, AZƏRTAC
Qana dünyada beynəlxalq COVAX mexanizmi çərçivəsində koronavirusa qarşı vaksin əldə edən ilk dövlət olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (DST) və BMT Uşaq Fondunun (UNICEF) birgə bəyanatında deyilir. Qana üçün nəzərdə tutulan 600 min peyvənd dozası “AstraZeneca” vaksini partiyasının ilk tranşının bir hissəsidir.
ÜST və UNICEF-in məlumatına əsasən, pandemiyanın əvvəlindən bəri Qanada koronavirusa 80,7 mindən çox yoluxma və 580-dən çox ölüm faktı qeydə alınıb.
COVAX gəlir səviyyəsindən asılı olmayaraq, bütün ölkələr üçün COVID-19 əleyhinə vaksinin bərabər paylanmasını təmin etmək məqsədilə yaradılan təşəbbüs qrupudur. Təşəbbüs ÜST tərəfindən təsis edilib. Proqramın şərtlərinə görə, yüksək gəlirli ölkələr kasıb dövlətlərin vaksin əldə etməsini maliyyələşdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]