QANA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CON EVANS ATTA MİLLSƏ
Hörmətli cənab Prezident,
Qana Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Qana münasibətlərinin inkişafı daim xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 fevral 2010-cu il.