Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 13 santimetr azalıb
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar və Gəncəçay-Zurnabad məntəqələrində suyun səviyyəsi 1 santimetr artıb. Kürəkçay-Çaykənd, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqələrində suyun səviyyəsi dəyişməyib. Viləşçay-Şıxlar məntəqəsində 1 santimetr artım, Təngərüdçay-Vaqo məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 152 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 95 faizinə bərabərdir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 31 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 46 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 333 santimetr, su sərfi isə 97 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 117, Kür-Bankədə dəyişməyərək 107, Araz-Novruzluda isə 1 santimetr artaraq 56 santimetr təşkil edib.