CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb
Bakı, 5 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-120 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, aprelin 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 4 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 195 kubmetr olmaqla ongünlük normanın 42 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 92 kubmetr təşkil etməklə ongünlük normanın 67 faizinə bərabərdir.
Aprelin 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 4, Salyanda 6, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr artıb. Kür çayının Surra məntəqəsində isə 11 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406, Şirvanda 185, Salyanda 207, Bankədə 188, Araz çayının Novruzlu məntəqəsində isə 125 santimetrə bərabərdir.