Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qanlı Yanvar Azərbaycan xalqının sağalmayan yarasıdır

Qanlı Yanvar Azərbaycan xalqının sağalmayan yarasıdır

Bakı, 18 yanvar, AZƏRTAC

“Versii.com” internet-portalında hüquq elmləri doktoru, akademik Arif Quliyevin “Qanlı Yanvar Azərbaycan xalqının sağalmayan yarasıdır” sərlövhəli məqaləsi yer alıb.

Məqalədə deyilir ki, hər il yanvarın 20-də dünya azərbaycanlıları Azərbaycan tarixinə “qara” və ya “qanlı” yanvar kimi daxil olmuş 1990-cı ilin faciəli Yanvar hadisələri qurbanlarının xatirəsini anırlar. Həmin gün sovet qoşunları hissələrinin Bakıya yeridilməsi nəticəsində 147 dinc sakin həlak olub, 744 adam yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Qurbanlar arasında gənclər, qocalar, qadınlar və uşaqlar vardı. Qeyd edək ki, bu hadisə Azərbaycan tarixinə öz azadlığı və dövlət müstəqilliyi uğrunda SSRİ-nin totalitar kommunist rejiminə qarşı milli-azadlıq üsyanı kimi daxil olub.

A.Quliyev faciəli Yanvar hadisələrini təsvir edərək yazır ki, bu hadisələrdən qabaq Bakıda və Azərbaycanın digər şəhərlərində çoxsaylı çaxnaşmalar olub. Paytaxt sakinlərinin çoxu artıq iki il davam edən Dağlıq Qarabağ münaqişəsinə etirazını bildirmək üçün dinc mitinqlərə başladı. Yerli əhali arasında narazılığın artmasından, habelə siyasi fəallığın yüksəlməsindən narahatlıq keçirən sovet hökuməti SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 19 yanvar tarixli xüsusi iclasında Bakıya qoşunların yeridilməsi və şəhərdə fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul etdi.

Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan paytaxtına 40 minlik ordu yeridildi. Bütün qanunvericilik normalarına görə və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 4-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq sovet hökuməti qoşunların yeridilməsi və fövqəladə vəziyyətin tətbiqi barədə Bakı əhalisini irəlicədən məlumatlandırmalı idi. Amma nə SSRİ-nin mərkəzi televiziyası, nə də respublika televiziyası ilə bu barədə ən qısa məlumat da verilmədi. Bununla da sovet rəhbərliyi Azərbaycanda kommunist rejimini saxlamaq, milli-azadlıq hərəkatını boğmaq istəyirdi.

Azərbaycanlılara qarşı cəza əməliyyatı Sovet İttifaqının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən işlənib hazırlanmışdı. Kod adı “Zərbə” idi. Bu əməliyyatda əsas rol xüsusi təyinatlı “Alfa” qrupuna və DTK-nın diversiya qrupuna həvalə edilmişdi. Mərkəz özünə bununla bəraət qazandırırdı ki, yanvarın 13-17-də Bakıda erməni talanları baş vermişdi, halbuki bu talanları elə Moskva özü təşkil etmişdi. Akademik A.Quliyev yazır: “Azərbaycanın partiya rəhbərləri və Moskvadan gələn sovet rəhbərliyinin nümayəndələri Yazov, Bakatin və Kryuçkov yerli televiziya ilə çıxışlarında əhalini inandırırdılar ki, Bakıya qoşun yeridilməyəcək və burada fövqəladə vəziyyət tətbiq edilməyəcək. Amma vədlərinə xilaf çıxdılar”.

Bakıya qoşunların yeridilməsi və fövqəladə vəziyyətin elan edilməsi SSRİ Konstitusiyasının 119-cu maddəsinin və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsinin, habelə “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın kobud şəkildə pozulması demək idi. Yəni Azərbaycan Respublikasının suveren hüquqları tapdanmışdı. O dövrdə psixoloji şok keçirmiş milyonlarla sovet vətəndaşı aydın başa düşürdü ki, daha SSRİ-də yaşamaq istəmir.

O məşum gecədə əsgərlər SSRİ adlı dövlətə inamı güllələdilər.

Müəllif yazır: “Sovet əsgərləri insanları göz görə-görə xüsusi amansızlıqla güllələyir, tankları qəsdən içərisində adamlar olan minik avtomobillərinin üstünə sürür, tibbi-sanitar heyətin insanlara yardım göstərməsinə mane olurdu. Yoldan keçənlərə, evlərin və xəstəxanaların pəncərələrinə atəş açırdılar. Sovet hərbçilərinin dinc azərbaycanlılara tutduğu divan yalnız Böyük Vətən müharibəsində nasistlərin amansızlığı ilə müqayisə oluna bilər. Acınacaqlı hal budur ki, Sovet ordusunun təcavüzünün qurbanları Sovet İttifaqının öz vətəndaşları idi. Azərbaycanlılar üçün “Qara Yanvar” vahid SSRİ və mehriban sovet xalqları ailəsi haqqında mifin sonu oldu.

Kommunist rejiminin Azərbaycan xalqına qarşı cinayəti hüquqi baxımdan soyqırımı və dövlət terrorizmi kimi qiymətləndirilir. Bununla Sovet İttifaqı rəhbərliyi dinc sakinlərə qarşı cəza tədbirlərinin tətbiqində silahlı qüvvələrdən istifadə olunmasına qadağaları nəzərdə tutan 1966-cı ilin İnsan hüquqları haqqında Paktın, 1975-ci ilin Helsinki Yekun Aktının, 1899 və 1907-ci illərin Haaqa konfranslarının, 1949-cu ilin Cenevrə Konvensiyasının və nəhayət Soyqırımının qadağan edilməsi və cəzalandırılması haqqında 1948-ci il Konvensiyasının əsas müddəalarını pozmuşdu.

Arif Quliyev qeyd edir ki, Yanvar hadisələrinə ilk qiyməti o günlərdə Moskvada yaşayan, hakimiyyətin gözdən saldığı Heydər Əliyev verdi. O, Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxış edərək, sovet dövlətinin öz vətəndaşlarına qarşı cəza əməliyyatını pislədi.

Kreml tərəfindən dövlət idarəçiliyindən uzaqlaşdırılan Heydər Əliyev öz xalqının faciəsindən kənarda qalmadı. Onun Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxışı o dövrdə hakimiyyətə açıq-aşkar meydan oxumaq idi və şəxsən özü və ailə üzvləri üçün böyük çətinliklər yarada bilərdi. 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələn H.Əliyev 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasına nail olaraq, var qüvvəsini respublikada sabitliyin bərpasına, demokratiyanın bərqərar olunmasına sərf etdi. Nəticədə Azərbaycan xalqı onu öz xilaskarı adlandırdı. O, hazırda Milli Qurtuluş Günü kimi qeyd edilən 1993-cü il iyunun 15-də xalqın arzusu ilə Bakıya gəldi və Milli Məclisə başçılıq etdi.

1990-cı ilin yanvar hadisələri göstərdi ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmalı və qanı bahasına qazandığı azadlığını müdafiə etməyi bacarmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?