Qanunsuz ovla məşğul olanlar cərimələnmişlər
Bakı, 5 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları qanunsuz ov hallarının qarşısını almaq məqsədi ilə reydlər keçirmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reyd zamanı qanunsuz ov edən 10 nəfərdən ümumilikdə 5 ov tüfəngi, 9 quş, 40 balıq, 4 qayıq, 4 avar, 5 tor, 3 akkumulyator, 3 işıqlandırıcı və 3 domca götürülərək müvafiq qaydada aktlaşdırılmışdır. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada 4 min 782 manat məbləğində cərimə tətbiq edilmişdir.
Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti rayon polis şöbələrinə müraciət olunmuşdur.
Bundan başqa, Xaçmaz rayonu ərazisində kütləvi quş ovu məqsədi ilə yaradılmış qurğu və 1 ədəd tor aşkarlanaraq məhv edilmişdir.
Reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]