Qanunsuz qum hasilatı aparılması faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Saatlı rayonu ərazisində yerləşən “Hacıqasımlı” (Kamallı-III) qum yatağında qanunsuz hasilat aparılması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla Bakı şəhər sakini olan fərdi sahibkar Rasif Məmmədova məxsus karxana tərəfindən müvafiq qaydada ayrılmış istismar sahəsindən kənarda 2,19 hektar ərazidə qum hasilatı aparılması nəticəsində ümumilikdə 551 min 800 manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt görə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb
- 16.10.2026 [13:04]
Əmək Məcəlləsində dəyişiklik edilir
- 16.10.2026 [13:01]