Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər sahibkarlıq subyektlərinin çətinliklərinin azaldılmasında mühüm rol oynayacaq

Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər sahibkarlıq subyektlərinin çətinliklərinin azaldılmasında mühüm rol oynayacaq

Bakı, 22 aprel, AZƏRTAC

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası çərçivəsində qəbul edilmiş Tədbirlər Planı üzrə aparılan işlər davam etdirilir. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Tədbirlər Planının istiqamətlərindən biri də ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsidir. Bu məqsədlə Vergi Məcəlləsində və bir sıra qanunvericilik aktlarında dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva AZƏRTAC-a açıqlamasında həmin təklifləri şərh edib.

S.Musayeva bildirib ki, ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə vergi sahəsində müvafiq təşviqlərin verilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsində dəyişikliklərə dair qanun layihəsi hazırlanıb. Dəyişikliklər sahibkarlıq subyektləri, biznes icmaları və aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınıb və müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi bütövlükdə pandemiyadan zərər çəkən bir sıra fəaliyyət sahələrinə genişhəcmli təşviqləri ehtiva edir.

İdarə rəisi qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahibkarlıq fəaliyyəti sahələrinə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyətini həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatlar, ictimai iaşə fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti və s. misal göstərilə bilər. Həmçinin tədris müəssisələri, o cümlədən məktəbəqədər təhsil müəssisələri, hazırlıq mərkəzləri də zərər çəkən müəssisələr kimi müəyyənləşdirilib.

Qanun layihəsində pendemiyadan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün vergidən tam azadolma, mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt nəzərdə tutulur. Qeyd olunan azadolmalarla yanaşı, spesifik sahələr üzrə mövcud olan vergi rejimləri nəzərə alınmaqla xüsusi güzəştlər təklif edilir. Ölkə daxilində sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, habelə ictimai iaşə fəaliyyəti göstərən subyektlər üçün sadələşdirilmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün də sadələşdirilmiş verginin dərəcəsi 50 faiz azaldılacaq. Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin iqtisadi aktivliyinin kifayət qədər aşağı düşdüyü, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında bu sahələrdə fəaliyyətin məhdudlaşdığı nəzərə alınaraq, həmin fəaliyyət sahələri üzrə sahibkarlıq subyektləri tərəfindən 2020-ci ildə 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin təxirə salınması və 2020-ci ildə bütövlükdə mənfəət (gəlir) vergisi üzrə arayışların verilməsi və ödəmələrin həyata keçirilməsinin ləğv edilməsi təklif olunur. Digər tərəfdən, sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət (gəlir) vergisinin bəyannamələrinin təqdim olunması və ödənişlərin edilməsinin də 2020-ci il sentyabrın 1-dək təxirə salınması nəzərdə tutulur.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsində mikro sahibkarlıq subyektləri ilə bağlı müddəalar da yer alır. Layihəyə əsasən, mikro sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi öhdəlikləri 50 faiz aşağı salınacaq. Həmin subyektlər tərəfindən 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə də 2020-ci il 1 sentyabr tarixinə kimi tətil verilməsi nəzərdə tutulur.

S.Musayeva bildirib ki, ölkədə fəaliyyət göstərən istənilən sahibkarın pandemiyanın qarşısının alınması ilə bağlı profilaktik tədbirlərə və dezinfeksiyaya çəkilən xərclərinin gəlirdən çıxarılması da Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər sırasındadır.

O, sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş dəstək tədbirləri çərçivəsində sosial sığorta yükünün azaldılması ilə bağlı təkliflərin də olduğunu qeyd edib. Bildirib ki, bununla bağlı “Sosial sığorta haqqında” Qanuna da dəyişikliklər hazırlanıb və bu dəyişikliklər də sahibkarlıq subyektləri, biznes icması və hökumət üzvləri ilə geniş müzakirələr aparıldıqdan sonra Milli Məclisə təqdim edilib.

Qeyd olunub ki, sosial sığorta yükünün azaldılması məqsədilə sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər üzrə sosial sığorta dərəcəsinin azaldılması təklif edilir. Hazırda xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən fərdi sahibkarlar tərəfindən büdcədənkənar dövlət fonduna ödənilən sosial sığortanın dərəcəsi tikinti və ticarət sektorunda minimum əməkhaqqının 50 faizi, digər sahələrdə 25 faizi həddindədir. Pandemiyanın sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı çətinliklər nəzərə alınaraq, təqdim olunan qanun layihəsinə əsasən, 2021-ci il 1 yanvar tarixədək tikinti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükünün 25 faizə, digər sahibkarlıq subyektlərində isə 15 faizə endirilməsi nəzərdə tutulur. Qanun layihəsində 2021-ci ildən sonra da sahibkarlıq subyektlərinin sosial sığorta yükünün aşağı salınması ilə bağlı müddəalar vardır.

S.Musayeva diqqətə çatdırıb ki, ötən ilin sentyabr ayından ölkə üzrə minimum əməkhaqqının məbləği 250 manata qaldırılıb və bu geniş sosial layihə çərçivəsində əhalinin gəlirlərinin artırılması müsbət hal olmaqla yanaşı, sahibkarlıq subyektlərinin ölkə üzrə minimum aylıq əməkhaqqının müəyyən faiz nisbəti üzrə müəyyən olunan sosial sığorta ödənişlərinin həyata keçirilməsində bəzi çətinliklər yaradıb. Odur ki, təqdim olunan qanun layihəsində 2021-ci il 1 yanvar tarixindən 2026-cı il tarixədək olan dövr ərzində fərdi qaydada sahibkarlıq fəaliyyəti həyata keçirən subyektlərin də sosial sığorta yükünün aşağı salınması təklif edilib. Tikinti sektorunda sosial sığorta yükü 50 faiz saxlanılıb, digər sahibkarlıq sahəsində fəaliyyət göstərən subyektlərdə isə sosial sığorta yükü 25 faizə endirilib. Bununla yanaşı, sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi ərazidən asılı olaraq, sosial sığorta yükünün hesablanması zamanı diferensiallaşdırmanın tətbiqi nəzərdə tutulur.

Bildirilib ki, təqdim olunan qanun layihəsində, həmçinin müəyyən sahibkarlıq fəaliyyəti sahələrinə xüsusi təşviqlər əksini tapıb. Belə ki, sabit qəbz almaqla öz fəaliyyətini həyata keçirən mikro sahibkarların, sərnişindaşıma işini həyata keçirən və fərqlənmə nişanı əsasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükü də xeyli aşağı salınacaq. Həmçinin kənd təsərrüfatı təyinatlı torpağı olan mülkiyyətçilər üçün ailədə əməkqabiliyyətli hər nəfərə görə hesablanan sosial sığorta dərəcəsinin də aşağı salınması nəzərdə tutulur.

“Həm Vergi Məcəlləsinə, həm də “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər koronavirus pandemiyası və iqtisadi aktivliyin aşağı düşməsi nəticəsində sahibkarlıq subyektlərinin üzləşdikləri çətinliklərin azaldılması, onların maliyyə yükünün dövlət dəstəyi nəticəsində minimallaşdırılması istiqamətində əhəmiyyətli rol oynayacaq”, - deyə Samirə Musayeva vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN-in əməkdaşları qan veriblər

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş