“Qarabağ” – “Arsenal” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq
Bakı, 20 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 4-də UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” klubu İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.
Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən - “Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]