“Qarabağ” klubu öz meydanında 75-ci böyük hesablı qələbəsini qazanıb
Bakı, 12 aprel, AZƏRTAC
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, bu, Ağdam təmsilçisinin tarixinə evdə 75-ci böyük hesablı qələbə kimi düşüb. “Qarabağ”ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün ağdamlılar Kürdəmir təmsilçisi “Şirvan”nı 6:0 hesabı ilə məğlub ediblər. Səkkizqat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb. “Qarabağ” 1995-1996-ci il mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003-2004-cü mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.
Qeyd edək ki, cari mövsümdə 7-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Qarabağ” ümumilikdə 112-ci belə uğuruna imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]