QARABAĞ MÜHARİBƏSİ ƏLİLİNƏ YENİ EV VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkirin Aşağı Abbaslı kəndinin sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Mübariz Məmmədov yeni fərdi evlə təmin edilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər ölkəmizdə belə insanlara göstərilən diqqət və qayğıdan söz açmış, ulu öndər Heydər Əliyevin quruculuq yolunu uğurla həyata keçirən Prezident İlham Əliyevin əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışmışlar. Qeyd olunmuşdur ki, hazırda Şəmkirdə Qarabağ müharibəsi əlilləri üçün 8 mənzilli binanın tikintisi sürətlə davam etdirilir.
Mərasimdə Mübariz Məmmədov çıxış edərək ailəsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.
Rayon icra hakimiyyəti, müxtəlif idarə və təşkilatlar yeni evin sakinlərinə məişət əşyaları hədiyyə etmişlər.