QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN YENİ MƏNZİLLƏR TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yevlax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli bina tikilir.
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə şəhərdə 16 mənzilli bina inşa olunub müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir. Şəhər icra hakimiyyəti isə daxili imkanlar hesabına inşa etdiyi 4 mənzilin açarını sahiblərinə təqdim etmişdir.