QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN YENİ MƏNZİLLƏR TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yevlax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli bina tikilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə ötən il şəhərdə 16 mənzilli bina inşa olunub müharibə əlillərinin və şəhid ailələrinin istifadəsinə verilmişdir. Şəhər icra hakimiyyəti isə daxili imkanlar hesabına 4 fərdi mənzil tikmişdir.