Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağa elmin “Böyük Qayıdış”ı davam edir

Qarabağa elmin “Böyük Qayıdış”ı davam edir

Bakı, 17 iyun, AZƏRTAC

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Qarabağ torpaqları erməni işğalçılarından azad edilməklə regionun yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, daha doğrusu, bu sərvətlərin düşmənin məqsədyönlü talanından, bioloji və ekoloji, etnoqrafik terrorundan xilas edilmiş hissəsi, tarixi abidələrin qalıqları öz həqiqi sahibinə qayıtdı. Məlumdur ki, Qarabağ bölgəsi özünün insan resursları, iqlim və landşaft, flora və fauna müxtəlifliyi, bərəkətli torpaqları, şəfalı suları ilə həmişə seçilib. Ən qədim insan məskənlərindən olan Azıx mağarasının, eləcə də bir neçə min illik təsərrüfatçılıq mədəniyyətini, dövlətçilik ənənələrini əks etdirən arxeoloji qazıntı yerlərinin, antik memarlıq nümunələrinin, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin mövcudluğu bu bölgənin çoxşaxəli multidissiplinar tədqiqatlar üçün dəyərini daha da artırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, bu gün ölkə Prezidentinin sarsılmaz iradəsi və liderliyi ilə Qarabağ torpaqlarında yeni müasir infrastrukturun qurulması, smart kənd və şəhərlərin salınması, müxtəlif təsərrüfat sahələrinin təşəkkülü, “yaşıl” iqtisadiyyatın tətbiqi, tarixi, dini, mədəni abidələrin bərpası işləri aparılır. Qarabağın yenidən çiçəklənməsi, regionun biomüxtəlifliyinin, qiymətli flora və fauna nümunələrinin, meşələrinin, təbii landşaftlarının bərpası, qorunması və səmərəli istifadəsində, yeraltı və yerüstü təbii ehtiyatlarının öyrənilərək xalqın xidmətinə verilməsində, kənd təsərrüfatı istehsalının yenidən fəaliyyətə başlamasında, ərazilərin inkişafının sistemli xarakter almasında Azərbaycan elminin üzərinə dəqiq müəyyənləşdirilməsi və səmərəli icrası vacib olan mühüm vəzifələr düşür.

Məlumdur ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalmış ərazilərdə elmi tədqiqatlar aparmaq mümkün olmayıb. Bu cəhətdən sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərə son illərdə elmi müəssisələrimiz, alim və mütəxəssislərimiz tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər təşkilatlarla əməkdaşlıq şəraitində çoxsaylı ekspedisiyalar təşkil olunub, radioekoloji durum, bioloji müxtəliflik, o cümlədən bitki və heyvan genetik ehtiyatları, xüsusi mühafizə olunan təbiət əraziləri, meşə və otlaq sahələri, ekosistemlər, su və torpaq resursları, kənd təsərrüfatı sistemləri və s. barədə işğalaqədərki dövrə aid məlumatlar toplanılıb, hazırkı vəziyyətlə müqayisəli şəkildə təhlil edilib, müvafiq xəritələr hazırlanıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, digər icra hakimiyyəti strukturlarından daxil olmuş sorğular əsasında işğaldan azad edilmiş rayonların biomüxtəlifliyi, torpaq və su resursları, kənd təsərrüfatının bərpası ilə bağlı tədqiqat nəticələrini əks etdirən arayışlar vaxtında hazırlanaraq müvafiq şəkildə təqdim edilib. Radioekoloji və biotəhlükəsizlik tədqiqatları əsasən mənbəyini Ermənistandan götürən çay sistemlərində, işğal müddətində intensiv istismara məruz qalmış faydalı qazıntı yataqları zonalarında, içməli su mənbələrində ötən ilə kimi AMEA-nın tərkibində olmuş, hazırda Elm və Təhsil Nazirliyinin strukturunda fəaliyyət göstərən elmi-tədqiqat institutları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə aparılıb. Su ehtiyatlarının keyfiyyət xarakteristikalarını tədqiq etmək üçün çoxsaylı ekspedisiyalar təşkil edilib. Alınan nəticələr Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Ətraf Mühit Agentliyinin standartları ilə müqayisə olunub, tövsiyələr hazırlanaraq müvafiq şəkildə təqdim edilib.

Vurğulanıb ki, Azərbaycan Respublikası “Qırmızı kitab”ının II nəşrində Ermənistan tərəfindən 30 ilə qədər müddətdə işğal altında saxlanılmış ərazilərimiz məlum səbəblərdən kifayət qədər əks olunmamışdı. Həmin müddətdə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qalıb, dərman bitkiləri toplanaraq, qiymətli dendroflora nümunələri (Şərq çinarları da daxil olmaqla) kəsilərək daşınıb aparılıb. 43 min hektar sahəyə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarının, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında flora və fauna müxtəlifliyinin taleyi sual altına alınıb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə regionun Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəsri üzrə tədqiqatlara cəlb edilməsi mümkün olub.

Azərbaycanın tanınmış botanik alimi, Dendrologiya İnstitutunun mərhum baş direktoru, “Qırmızı kitab”la bağlı Xızı rayonuna səfər zamanı faciəli şəkildə həyatını itirmiş AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Vətən müharibəsindən dərhal sonra regiona ilk səfər edən alimlərdən biri kimi Zəngilan rayonunda “Qırmızı kitab”a daxil edilmiş dendroflora növləri ilə bağlı monitorinqlər aparıb.

Diqqətə çatdırılıb ki, regionun bioloji müxtəlifliyi və Azərbaycan Respublikasının “Qırmızı kitabı”na salınan növlərlə bağlı monitorinqlər əsasən 2 təşkilat - Elm və Təhsil Nazirliyinin Botanika və Zoologiya institutları tərəfindən həyata keçirilib. Bu institutların əməkdaşları işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ərazilərində yayılan bitkilər (məsələn, Bəsitçay Qoruğu ərazisində təbii çinar meşəsi) və fauna növləri üzərində monitorinqlər aparıblar. Bu fəaliyyətlərdə, həmçinin digər elmi-tədqiqat müəssisələrinin, universitetlərin alim və mütəxəssisləri də iştirak ediblər. Nadir və itmək təhlükəsində olan növlərin beynəlxalq kateqoriyalara uyğun qiymətləndirilməsinə xüsusi diqqət yetirilib.

Botanika İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən regionda aparılan tədqiqatlar 2022-2023-cü illərdə xüsusilə geniş xarakter daşımışdır. Ötən müddətdə Şuşa, Kəlbəcər və Laçın rayonlarının subalp-alp bitkiliyinin fon növləri tədqiq edilib, fotomateriallar, herbarilər toplanıb, ərazinin nadir və nəsli kəsilməkdə olan bitkiləri, onların JPS koordinatları götürülüb. Şərqi Zəngəzur iqtisadi rayonunda rast gəlinən müxtəlif kateqoriyalı endemik növlər (23 fəsilə, 48 növ) araşdırılıb. Şuşa rayonu ərazisinə institutun əməkdaşları tərəfindən ilkin botaniki ekspedisiya müddətində Şuşa şəhərinin ətrafı, Cıdır düzü ərazisi, Daşalatı yol kənarı və Topxana meşəsi ANAMA-nın əməkdaşlarının iştirakı ilə öyrənilib. Ərazidə meşə bitkiliyi, meşəətrafı çəmən və qaya bitkiliyi tədqiq edilib. Ərazi florasından toplanılmış bitki nümunələri herbariləşdirilib, GPS məlumatları qeydə alınıb. Oxçuçayda 5 təşkilatın alimləri tərəfindən fiziki-kimyəvi, bioloji və radioloji monitorinqlər aparılıb. İşin məqsədi yüksək antropogen təsir şəraitində Oxçuçayın hövzəsinin ekoloji vəziyyətin hərtərəfli öyrənilməsi, müqayisəli qiymətləndirilməsi və su obyektinin unikal biosistem kimi qorunması ilə bağlı təkliflərin hazırlanması olub. Regiona bir neçə dəfə ekspedisiya təşkil edilib, çayın hidroflorası, hidrofaunası, xtioflorası, ixtiofaunası, bentofaunası tədqiq edilib, su və torpaq nümunələri götürülərək analiz olunub. Bəsitçay Dövlət Təbiət Qoruğunda 2021-ci ilin sonunda ilk zooloji monitorinq həyata keçirilib. Monitorinq zamanı qoruğun meşə sahəsində, çay dərəsinin yamaclarında quşlara və məməlilərə məxsus canlı fərdlər və izlər qeydə alınıb.

İşğaldan azad edilmiş ərazilərin reptililər faunası, hərbiçilərin və ərazidə fəaliyyət göstərən təşkilatların əməkdaşlarının zəhərli ilanlardan təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərlə və ilan zəhərindən səmərəli istifadə ilə bağlı AMEA alimlərinin məlumat, təklif və tövsiyələri arayışlar şəklində hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, digər orqanlara təqdim edilib.

Zoologiya İnstitutunun elmi işçisi Kəlbəcər rayonuna bir neçə dəfə səfər edib, bu səfərlərdə regionda “Qırmızı kitab”a düşmüş heyvan növlərindən Avropa cüyürü, Bezoar keçisi, Qonur ayı, bəbir, Qafqaz tetrası və s. müşahidə edib.

Qarabağ regionunda aqrobiomüxtəliflik üzrə tədqiqatlar da bərpa və inkişaf etdirilməkdədir. Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında 3 tarla seminarı keçirilib. Ermənilər tərəfindən işğal müddətində tam şəkildə talan edilərək məhvə məruz qoyulmuş Bazanın 100 hektar ərazisi minalardan təmizlənib, burada genefond bağı salınmağa başlamış, prioritet kənd təsərrüfatı bitkilərinin bölgə üçün yaradılmış yeni sortlarının və potensial sort-nümunələrinin əkinləri aparılıb və onlar üzərində tədqiqat işləri həyata keçirilib. Qarabağ regionu üçün xarakterik olan genetik ehtiyatların sənədləşdirilməsi, müasir yanaşmalarla öyrənilməsi, toplanılması, mühafizəsi, seleksiya və bitki tədqiqatlarında səmərəli istifadəsi bütün gücü ilə davam etdirilir. Qeyd edilən istiqamətlərdə tədqiqat fəaliyyətlərində Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnoloogiyalar İnstitutunun əməkdaşları da fəal iştirak edirlər.

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərin su resurslarına, onların bərpasına, yeni mənbələrin tapılmasına, sututarların yaradılması və istifadəsinə, su ilə bağlı digər problemlərin həllinə istiqamətlənmiş tədqiqatlar aparılıb, çoxsaylı təkliflər verilib və əsaslandırılıb. Bunların bir çoxu müvafiq orqanlar tərəfindən fəaliyyət üçün qəbul edilib.

Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları ilə bağlı 2021-2022-ci illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə böyük uğurla keçirilmiş konfransların əsas mövzularından biri də məhz Qarabağ regionunun torpaq və su resursları, biomüxtəlifliyi, qırmızı siyahıları, nadir və itmək təhlükəsində olan növlərlə bağlı olub. Bu konfranslarda ötən müddət ərzində Qarabağda elmi tədqiqatların bərpası üzrə görülmüş işlərin geniş müzakirəsi, real tədqiqatlardan alınmış nəticələrin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, müvafiq tədqiqat istiqamətlərinin və planlarının yenilənməsi və ya onlarda korrektələrin edilməsi həyata keçirilib. Eyni zamanda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun Ağdam, Zəngilan, Laçın və Füzuli rayonlarında təşkil edilmiş iclaslarını da elmin regiona “Böyük Qayıdış”ı baxımından xüsusi qeyd etmək olar. Həmin tədbirlərdə regionun landşaft örtüyü, ekoloji vəziyyəti, torpaq və su resursları, flora və fauna biomüxtəlifliyi, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bitki və heyvan növləri ilə bağlı aparılmış floristik və faunistik, mikrobioloji, radioekoloji tədqiqatlar, onların nəticələri, yaxın və uzaq perspektiv planlar barədə etdiyim məruzələr maraqla qarşılanmış, elmi müəssisələr və alimlər tərəfindən görülmüş və planlaşdırılan işlər təqdir edilib.

“Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elmi tədqiqatlar bütün gücü ilə davam və inkişaf etdirilməkdədir. Azərbaycan alimləri, elmi ictimaiyyət uzun illər dövlətimizin nəzarətindən kənarda qalmış ərazilərimizin landşaft örtüyünün, flora və fauna aləminin, yeraltı və yerüstü sərvətlərimizin, torpaq və su resurslarının tədqiqi, mühafizəsi, bərpası və səmərəli istifadəsi, kənd təsərrüfatının bərpası istiqamətində elmin üzərinə düşən vəzifələrin icrasına, Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinin, Prezident İlham Əliyevin tapşırıqlarının uğurla həyata keçirilməsinə tam şəkildə səfərbər edilib”, - deyə akademik İradə Hüseynova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan mətbəxinin zəngin dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-şərq” festivalı təşkil olunub

Dünya Bankı: Trans-Xəzər dəhlizinə sərmayələr iqtisadi inkişafı dəstəkləyəcək və milyonlarla iş yer açacaq

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik