“Qarabağ”ın legioneri: “Braqa” ilə oyunun taleyini xırda detallar həll edə bilər
Bakı, 21 fevral , AZƏRTAC
"Maraqlı oyun olacağına inanıram. Ciddi rəqiblə üz-üzə gələcəyik".
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Olavio Juninyo UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
28 yaşlı hücumçu matça yaxşı hazırlaşdıqlarını bildirib: "Doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, bizim üçün olduqca vacib amildir. Həmçinin üstünlükdür. Rəqib çox təhlükəlidir. Düşünürəm ki, oyunun taleyini xırda detallar həll edə bilər. Ona görə də diqqətli olmalıyıq".
Braziliyalı futbolçunun sözlərinə görə, səfər oyunundakı qələbə "Braqa" üçün təəccüblü olmayıb: "Onlar bizim necə iddialı komanda olduğumuzu bilirdilər. Ona görə də belə nəticəni gözləyirdilər. Çünki "Qarabağ" uzun illərdir avrokuboklarda çıxış edir. Kifayət qədər təcrübəmiz var. Mən də qısa zamanda komandaya uyğunlaşdım. Komanda daxilində ab-hava yüksəkdir. İnanıram ki, sabahkı matçda da azarkeşlərimizi sevindirəcəyik”.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]