“Qarabağ”ın “Visla” (Krakov) ilə yoxlama oyununun vaxtı dəyişdirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Ağdamın “Qarabağ” klubunun Polşanın “Visla” (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, matç əvvəlcədən qeyd edildiyi kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də start götürəcək.
İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.
Qeyd edək ki, “Qarabağ”ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub. Hazırda "Gloria Sport Arena"nın meydançası qardan təmizlənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]