QARAÇALADA TOXUCULUQ FABRİKİ TİKİLİR
İcra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Hacı Camalxan” kəndli fermer təsərrüfatının maliyyəsi ilə rayonun Qaraçala qəsəbəsində toxuculuq fabrikinin tikintisinə başlanmışdır. Müəssisədə əvvəlcə pambıq mahlıcından iplik hazırlanacaq, istehsal imkanları genişləndirildikdən sonra müxtəlif parçalar da toxunacaqdır. Bu ilin sonunadək istifadəyə veriləcək fabrikdə 70 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.