“Qaradağ” Günəş Elektrik Stansiyasında istehsal olunan enerjinin həcmi açıqlanıb
Bakı, 26 oktyabr, AZƏRTAC
"Qaradağ" Günəş Elektrik Stansiyasında (GES) istismara verildiyi tarixdən bu il oktyabrın 1-dək 1488 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
550 hektar ərazini əhatə edən “Qaradağ” GES-də 570 min Günəş paneli quraşdırılıb. Gücü 230 meqavat olan "Qaradağ" Günəş Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salınıb.
Azərbaycanın bərpaolunan enerji sahəsində ilk irimiqyaslı beynəlxalq investisiya layihəsi olan stansiya ölkəmizdə yaşıl enerji keçidinə və elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payının artmasına mühüm töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:46]
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib
- 28.10.2026 [17:35]
Azərbaycan diri heyvan ixracını 34 dəfəyə yaxın artırıb – QRAFİK
- 28.10.2026 [16:17]
Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb
- 28.10.2026 [16:10]
Azərbaycan hotellərində 3,2 milyon gecələmə: Turizm gəlirləri nə qədər olub?
- 28.10.2026 [16:10]