Qaradağ rayonunda yeni tədris müəssisələri tikilmiş, bəzi məktəblər əsaslı təmir olunmuşdur
Bakı, 5 noyabr (AZƏRTAC). Bakının Qaradağ rayonunun Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binanın və Müşfiqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəb üçün əlavə tədris korpusunun tikintisi yekunlaşmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Lökbatan qəsəbəsindəki “Bülbül”, “Sevinc”, Sahil qəsəbələrindəki “Aynur”, “Nağıl” və 301 saylı körpələr evi-uşaq bağçalarının binalarının əsaslı təmirinə başlanılmışdır.
Yeni tədris ilində Lökbatan qəsəbəsində yerləşən 233, Sahil qəsəbəsindəki 253 və 273 nömrəli tam orta məktəb binaları isə əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]