Qars Qafqaz Universitetində ermənilərin törətdikləri qətliamlardan bəhs edən sənədli filmlərin təqdimatı olmuşdur
Ankara, 28 mart (AZƏRTAC). Qars Qafqaz Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində “Mart hadisələri, yaxud qara oyunlar” və “1921-ci ilin payızı” sənədli filmlərinin təqdimatı olmuşdur.
Ermənilərin törətdikləri qətliamlardan bəhs edən “Mart hadisələri, yaxud qara oyunlar” filmi universitetin Qafqaz və Orta Asiya Araşdırmaları Mərkəzi tərəfindən, “1921-ci ilin payızı” filmi isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyasında çəkilmişdir.
Təqdimat mərasimində çıxış edən Qars Qafqaz Universitetinin professoru Hacali Nəcəfoğlu Azərbaycanda və Anadolunun şərq əyalətlərində ermənilərin törətdikləri qətliamlar haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından bu layihələrin əhəmiyyətindən bəhs etmişdir. Onun sözlərinə görə, tarixi yaradan türk dünyası, eyni zamanda, bu tarixi yaşatmağı və tanıtmağı da bacarmalıdır. 1918-ci ilin mart ayındakı qətliamlardan və Qars müqaviləsindən bəhs edən, sənədlərlə və faktlarla zəngin olan sözügedən filmlər bu missiyaya xidmət edəcəkdir.
Sənədli filmlərin nümayişindən sonra rejissorlar Mehriban Ələkbərzadə və Tahir Əliyevə Azərbaycanın Qarsdakı baş konsulluğunun xatirə hədiyyələri təqdim olunmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]