Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarşıya qoyulan vəzifələr qeyri-neft ixracatından gəlirlərin daha da artacağını deməyə əsas verir

Qarşıya qoyulan vəzifələr qeyri-neft ixracatından gəlirlərin daha da artacağını deməyə əsas verir

Bakı, 24 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatlarının birinci respublika müşavirəsində sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı perspektivlər müəyyən edildi. Məlum olduğu kimi, müasir qlobal transformasiya dövründə hər bir ölkənin iqtisadiyyatına bilavasitə həm ölkənin daxilindəki, həm də xarici geoiqtisadi, geosiyasi vəziyyətlər təsir göstərir. Məhz belə bir şəraitdə ölkədə sosial-iqtisadi inkişafa nail olmaq bilavasitə ölkə Prezidentinin idarəçilik bacarığından, təcrübəsindən, uzaqgörənliyindən, idarəçilik sisteminin elmə əsaslanaraq qurulmasından asılıdır. Bütün bu təsirlərlə yanaşı, Azərbaycanda makroiqtisadi sabitliyin saxlanması və ümumi daxili məhsulun artırılması özü böyük inkişafdan, Prezidentin idarəçilik məharətindən, onun tapşırıqlarının düzgün yerinə yetirilməsindən xəbər verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyatın tənzimlənməsi kafedrasının dosenti kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Roza Əliyeva bildirib.

Roza Əliyeva deyib ki, 2014-cü ildən başlayaraq neftin qiymətinin 4 dəfəyə qədər azalması dövlət strategiyasında yeni bir dövrün başlanması zərurətini yaradıb. Azərbaycan artıq yeni bir dövrə qədəm qoyub. Dövlətimiz bu dövrdə sosial-iqtisadi inkişafa nail olmaq üçün yeni metodlarla, modellərlə yeni strategiyanın təmin edilməsinə başlayıb. Bununla əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ildən başlayaraq 2025-ci ildən sonrakı dövrü də əhatə edən üç dövr ərzində ölkə iqtisadiyyatının əsaslarını müəyyən edəcək Strateji Yol Xəritəsinin hazırlanması üçün xüsusi komissiya yaradılıb. Hazırda bu komissiya ölkə iqtisadiyyatının hansı sahədə inkişaf etdirilməsinin səmərəliliyini, strateji yollarını müəyyən edir. Bu sənəddə 11 istiqamət üzrə strategiya müəyyənləşib, 12 sənəd hazırlanıb. 12-ci sənəd bilavasitə maliyyə ilə əlaqədardır, yəni, 11 sənədin hər birini əhatə edir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, müasir dövrdə iqtisadiyyatın inkişaf etdirilməsi bilavasitə sahibkarlığın inkişafı ilə əlaqədardır. Məhz buna görə də dövlət başçısı dəfələrlə bildirib ki, ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Bunun üçün hərtərəfli dəstək göstərilir. Sahibkarlığın inkişafına dövlət dəstəyi bütün sahələrdə özünü göstərir. Görülən işlər nəticəsində artıq 250 min hektar sahə suvarılaraq əkin üçün yararlı vəziyyətə gətirilib və sahibkarların istifadəsinə verilib. Prezident İlham Əliyev Yevlaxa səfəri çərçivəsində yeni bir sahibkarlıq mərkəzinin - Aran Regional İnkişaf Mərkəzinin açılışını etdi ki, bunun çox böyük əhəmiyyəti olacaq.

Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlardan doqquz vergi növündən ancaq biri tutulur. Taxılın idxalının qarşısının alınması üçün ölkə Prezidentinin qərarı ilə taxıl istehsalı ilə məşğul olan sahibkarlar yeddi il müddətinə bütün vergilərdən azad olunublar. Eyni zamanda, onların idxal etdiyi kənd təsərrüfatı avadanlıqlarından heç bir gömrük rüsumu alınmır. Bütün bunlar bir daha sahibkarlara güclü dövlət dəstəyinin olduğunun göstəricisidir. Bunlardan əlavə, Prezident İlham Əliyev bir sıra xarici ölkələrə gedərkən özü ilə bərabər sahibkarları da aparır. Bu da xarici iş adamları ilə əlaqələrin qurulmasında mühüm rol oynayır. Hazırda “Azexport.az” portalı vasitəsilə xaricilər yerli məhsullar barədə hər cür məlumatlar əldə edirlər. Bu portal vasitəsilə yerli istehsalçılara müxtəlif məhsullar sifariş olunur. Bu sifarişlərə uyğun olaraq iş adamlarımız istehsal etdikləri məhsullar üçün yeni bazarlar əldə edirlər. Bundan əlavə, bizim bir çox ölkələrdə logistika mərkəzlərimiz fəaliyyət göstərir. Dövlətimizin başçısı xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə ticarət evlərinin yaradılması ilə bağlı xüsusi tapşırıq verib.

R.Əliyeva qeyd edib ki, Yevlax rayonunda keçirilən müşavirə çərçivəsində ixracyönümlü qeyri-neft məhsulları ilə bağlı sərgi də nümayiş olundu. Sərgidən də göründüyü kimi, artıq Azərbaycanda 60-dan çox şirkət xarici tələbata uyğun 450-ə yaxın adda ixracyönümlü məhsul istehsal edir. Ötən il Yaponiya ölkəmizdən 30 ton bal idxal edib. Biznesin inkişafında yapon metodundan istifadə olunması məqsədəuyğun olardı. Yapon iqtisadiyyatı “dəqiq və vaxtında” metoduna söykənir. Yəni, məhsul hələ istehsal olunmamışdan əvvəl onun alıcılar tərəfindən sifarişləri qəbul edilir. Tələb olunan müddət və miqdara uyğun məhsul istehsal edilir. Buna görə də istehsal olunan heç bir məhsul anbarlarda qalmır. Ölkəmizdə də bu işdə “Azexport.az” portalı öz köməyini göstərəcək.

Dövlətimizin başçısı çıxışında bildirdi ki, yerli istehsalçılara öz məhsullarını xarici bazarlara çıxarmağa yardım üçün marketinq tədqiqatları lazımdır. Marketinqin fəaliyyəti üçün isə mütləq reklamlara ehtiyac var. Yəni, istehsal olunan məhsulun bazara çıxarılması zamanı reklamlaşdırılması da mütləqdir. Reklam işi sahibkarlardan əlavə xərclər tələb edir. Prezident İlham Əliyev bu işdə də sahibkarlara güzəşt edir. Reklam işinin əsasını məhsulun qablaşdırılması forması təşkil edir. Bu qablaşdırma məhsulları əsasən xarici ölkələrdən idxal olunur. Dövlətimizin başçısı bu işin də ölkəmizdə həyata keçirilməsi ilə bağlı göstərişlər verdi. Müşavirədə “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların çeşidinin artırılması da bir vəzifə kimi qarşıya qoyuldu.

İndiyədək görülən işlər öz nəticəsini verib. Belə ki, bu il ərzində fındıq ixracı ölkəmizə 105 milyon dollar, pomidor ixracı 94 milyon dollar, xurma ixracı 68 milyon dollar, şəkər ixracı 62 milyon dollar, pambıq lifi ixracı 350 milyon dollar, konyak və şərab ixracı 17,5 milyon dollar gəlir gətirib. Kən təsərrüfatı məhsulları ilə yanaşı, sənaye məhsullarımız da ixrac olunur. Bu il ərzində plastik məmulatlar 100 milyon dollar, qara metallurgiya 96 milyon dollar, qiymətli metallardan hazırlanmış məmulatlar 77 milyon dollar, kimya sənayesi məhsulları isə 55 milyon dollar gəlir gətirib. Qarşıya qoyulan vəzifələr gələcəkdə qeyri-neft ixracatından gəlirlərin daha da artacağını deməyə əsas verir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin birinci rübündə iqtisadiyyatımızın bir sıra sahələrində xeyli inkişaf nəzərə çarpır. Belə ki, qeyri-neft sektoru 2,4 faiz artıb. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Pambıq lifinin ixracı 7 dəfə, süd məhsullarının ixracı 2,6 dəfə, alma ixracı 1,44 dəfə artıb. Ölkəmizdə sahibkarlığın inkişafı üçün bütün şərait yaradılıb. İndi əsas məsələ sahibkarların bu imkanlardan maksimum şəkildə səmərəli istifadə etmələri və gəlirimizin daha da artmasına öz töhfələrini vermələridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub