Qax meşəçiləri yaz meşə əkininə başlamışlar
Qax, 25 mart (AZƏRTAC). Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi yaz meşə əkini kampaniyasına başlamışdır.
Müəssisədən AZƏRTAC- bildirmişlər ki, 2014-cü il ərzində rayonda dövlət meşə fonduna aid ərazilərdə 60 hektar, o cümlədən, yaz mövsümündə 30 hektar sahədə yeni meşəliklərin salınması nəzərdə tutulmuşdur. Bu məqsədlə müəssisənin 4 hektar tinglik sahəsində kifayət qədər əkin materialı - ting yetişdirilmişdir. Hazırda yaz meşə əkini kampaniyası mütəşəkkil davam etdirilir. Meşəçilər indiyədək 15 hektar sahəyə 25 minə yaxın ağac tingi əkmişlər. Əkin zamanı əsasən qoz, şabalıd, akasiya və digər qiymətli ağac növlərinə üstünlük verilir.
Eyni zamanda, yaz mövsümünün gəlişi ilə əlaqədar Qax şəhərinin park və xiyabanlarında, magistral avtomobil yollarının kənarlarında ayrı-ayrı əmək kollektivlərinin iştirakı ilə yaşıllaşdırma işləri aparılır. Keçirilən aksiyalarda rayon sakinləri də yaxından iştirak edirlər. Yaşıllaşdırma tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş Şəki-Qax magistral avtomobil yolunun Qax şəhəri ərazisindən keçən hissəsində, yolun hər iki kənarında 3 minə yaxın ağac tinginin əkilməsi nəzərdə tutulmuşdur. İndiyədək magistral yolun kənarına 1600 ədəd akasiya, qoz, sərv və digər ağac tingləri, həmçinin bəzək kolları əkilmiş və bu iş davan etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]