Qax rayonunda yaşıllaşdırma işlərinə başlanmışdır
Qax, 17 mart (AZƏRTAC). Yaz mövsümünün gəlişi ilə əlaqədar Qax rayonunda yaşıllaşdırma işlərinə başlanmışdır.
AZƏRTAC xəbər verir ki, rayon sakinləri ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyaya fəal qoşulmuşlar.
Martın 17-də keçirilən iməcilikdə müxtəlif əmək kollektivlərinin yüzlərlə işçisi iştirak etmişdir. Aksiya zamanı Qax şəhərində və magistral yol kənarlarında 2 min ədəd qovaq, çinar, qoz və digər növ ağac tingləri əkilmişdir. Bundan əlavə, avtomobil yollarının kənarları kol-kosdan, məişət tullantılarından təmizlənmiş, əvvəlki illərdə əkilmiş ağaclara qulluq olunmuşdur.
Yaşıllaşdırma tədbirləri növbəti həftələrdə də davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]