Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual yarışın qalibləri müəyyənləşib
Qax, 13 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on yeddinci ildönümü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən onlayn intellektual bilik yarışının qalibləri müəyyənləşib. “Nə? Harada? Nə zaman?” formatında “Zoom” platforması üzərindən keçirilən yarışda Qax, Zaqatala, Balakən, Şəki, Qəbələ və İsmayıllı rayonlarının gəncləri intellektual biliklərini nümayiş etdiriblər.
Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, region gəncləri arasında mütəmadi olaraq keçirilən bu yarışlar gənclərin tarix, ədəbiyyat, mədəniyyət və digər sahələr üzrə intellektual biliklərini artırmaq məqsədi daşıyır.
Yekun nəticələrə əsasən, Zaqatala rayonundan Məhəmməd Məmmədov, Könül Məhərrəmova, Qax rayonundan Rauf Abdullazadə yarışın qalibləri olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub
- 02.10.2026 [12:18]
Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO
- 01.10.2026 [19:22]
Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO
- 01.10.2026 [19:12]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [18:41]