RƏSMİ XRONİKA
“QAZ DE FRANCE” ŞİRKƏTİNİN PREZİDENTİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da, onun üçün ayrılmış iqamətgahda Fransanın “Qaz de France” şirkətinin prezidenti və baş direktoru Jan Fransua Sireli ilə görüşmüşdür.
Jan Fransua Sireli rəhbərlik etdiyi şirkətin fəaliyyəti və gördüyü işlər haqqında dövlətimizin başçısına məlumat verərək, Azərbaycan ilə əməkdaşlığı genişləndirmək istədiyini bildirdi.
Prezident İlham Əliyev bu şirkətlə əməkdaşlığa müsbət baxdığını söyləyərək, birgə işlərin görülməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.