Qazax rayonunun əhalisi 99 minə yaxınlaşıb
Qazax, 17 fevral, Rauf Hacıyev, AZƏRTAC
Keçən il Qazax rayonunun əhalisi 0,7 faiz artaraq 98365 nəfərə çatıb. Əhalinin hər bir kvadratkilometrə düşən sayı 142,1 nəfər olub.
Qazax rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon əhalisinin 22020 nəfəri şəhər, 76345 nəfəri isə kənd sakinləridir.
Ümumi sayın 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən il ərzində 1209 nəfər doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 12,3 təşkil edib. 2019-cu ildə 677 ölüm halı qeydə alınıb. Təbii artım 532 nəfər olub. İl ərzində qeydiyyat şöbəsi tərəfindən 601 nikah və 88 boşanma halı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [17:29]
Zəngilan və Cəbrayıl rayonlarında sakinlərə bostan-tərəvəz şitili paylanılıb
- 02.06.2026 [17:19]
Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq
- 02.06.2026 [16:11]
Beyləqanda qadın kooperativlərinin nəzdində cücə-inkubator sexləri açılıb
- 02.06.2026 [14:41]
Şəkidə taxıl biçininə 131 kombayn cəlb ediləcək
- 02.06.2026 [14:05]
Laçın şəhər 2 nömrəli məktəbin muzeyi respublika müsabiqəsində qalib olub
- 02.06.2026 [12:54]
Lənkəranda avtomobil 58 yaşlı qadını vurub, vəziyyəti ağırdır VİDEO
- 02.06.2026 [11:47]