QAZAXISTAN HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ YARADIR
O demişdir ki, “Prezidentin fərmanına əsasən, Xəzər bölgəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Qazaxıstan Respublikasının hərbi dəniz qüvvələrini yaratmaq qərara alınmışdır. Onların qarşısına qoyulan vəzifələr digər Xəzəryanı dövlətlərin hərbi dəniz donanmalarının vəzifələrindən fərqlənmir”.
M.Altınbayev bildirmişdir ki, beynəlxalq hüquqa uyğun olaraq, dənizə çıxışa malik hər bir dövlət öz silahlı qüvvələrinin tərkibində hərbi dəniz donanması yarada bilər. Hazırda, Qazaxıstan istisna olmaqla, qalan bütün Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri var.
Nazir demişdir: “Biz öz donanmamızı yaratmaqla yanaşı, regionda təhlükəsizliyin möhkəmləndirilməsində bütün Xəzəryanı dövlətlərlə fəal əməkdaşlıq etmək niyyətindəyik. Xəzər həm Qazaxıstan üçün, həm də onun ətrafında yerləşən digər ölkələr üçün strateji əhəmiyyətli regiondur. Odur ki, burada onların hamısının sistemli surətdə qarşılıqlı fəaliyyəti çox vacibdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]