QAZAXISTAN PREZİDENTİ ANTALYADA TÜRKİYƏNİN BAŞ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, Türkiyənin Antalya şəhərində qısamüddətli istirahətdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür. Söhbətdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ticarət-iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq siyasətin aktual problemləri müzakirə olunmuşdur.
Tərəflər Qazaxıstan və Türkiyənin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, TRASEKA proqramı, cənub dəmiryol tranzit sisteminin inkişafı və digər layihələrdə iştirakın böyük əhəmiyyət daşıdığını bir daha vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]