QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ
Hörmətli Nursultan Abişeviç,
Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 mart 2010-cu il.