Qazaxıstan və Aİ Orta Dəhlizin inkişafı və nəqliyyatın rəqəmsallaşdırılması məsələlərini müzakirə ediblər
Astana, 22 may, AZƏRTAC
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu tranzit daşımalarında müsbət artım nümayiş etdirir - yüklərin çatdırılma müddəti azalır və konteyner həcmləri artır.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan nəqliyyat nazirinin müavini Janibek Tayjanovla Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğunun dayanıqlı nəqliyyat rəhbəri Serxio Ollyete Xosa arasında Astanada keçirilən görüşdə qeyd edilib.
Görüşdə Xəzər regionunda liman infrastrukturunun inkişafına, xüsusən də AYİB və Aİ-nin maliyyə dəstəyi ilə Aktau dəniz limanında körpülərin yenidən qurulmasına, eləcə də Xəzər dənizində bərə xidmətlərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib.
Tərəflər, həmçinin nəqliyyat və logistika proseslərinin rəqəmsallaşdırılmasını, o cümlədən elektron sənəd idarəetmə platformalarının inkişafını və beynəlxalq avtomobil daşımalarında icazələrin elektron mübadiləsinə keçidini müzakirə ediblər. Qazaxıstan Aİ ölkələrini bu layihəyə qoşulmağa dəvət edib.
Görüşdən sonra tərəflər nəqliyyat tərəfdaşlığını daha da gücləndirmək üzrə qarşılıqlı maraqlarını təsdiqləyiblər və Trans-Xəzər dəhlizini Asiya ilə Avropa arasında etibarlı və rəqabətli bir marşrut kimi inkişaf etdirmək üçün konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [10:30]
Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb
- 22.09.2026 [08:44]
Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb
- 22.09.2026 [05:25]
Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib
- 22.09.2026 [03:37]
Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb
- 22.09.2026 [03:26]
SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib
- 22.09.2026 [02:18]
Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb
- 22.09.2026 [01:40]
Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]
Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 21.09.2026 [18:26]
Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
- 21.09.2026 [18:26]
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub
- 21.09.2026 [18:11]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:53]
Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir
- 21.09.2026 [17:49]
Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib
- 21.09.2026 [17:48]
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
- 21.09.2026 [17:48]
MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib
- 21.09.2026 [17:40]