Qazaxıstanda karantin qaydaları martın 1-dən yumuşaldılacaq
Nur-Sultan, 24 fevral, AZƏRTAC
Qazaxıstanda koronavirusla bağlı idarələrarası komissiyanın iclasında qüvvədə olan məhdudiyyətlərin yumuşaldılmasına dair qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu il martın 1-dən etibarən tamaşaçılarla idman yarışları, dəfn mərasimləri (salonun tutumunun 30 fazidən çox olmamaq şərtilə) keçirmək, bilyard otaqları, uşaq əyləncə klublarının fəaliyyətinə icazə veriləcək. Bazarların, ticarət mərkəzlərinin və ticarət evlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər ləğv ediləcək.
Qazaxıstanın bölgələrində cümə namazının qılınmasına da icazə veriləcək. Yeni qaydalar 2021-ci il martın 1-dən tətbiq olunacaq.
Xatırladaq ki, kollektiv cümə namazları Qazaxıstanda fövqəladə vəziyyətin tətbiq olunduğu 2020-ci ilin martından qadağan edilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]