Qazaxıstanda koronavirusdan üçüncü ölüm hadisəsi qeydə alınıb
Nur-Sultan, 1 aprel, АZƏRTAC
Qazaxıstanda koronavirus infeksiyasından daha bir ölüm hadisəsi qeydə alınıb. Həyatını itirən şəxs martın 30-da iki tərəfli sətəlcəm və tənəffüs çatışmazlığı diaqnozu ilə Karaqanda xəstəxanalarından birinə yerləşdirilmişdi.
AZƏRTAC xəbər verir ki, son məlumatlara görə, Qazaxıstanda yoluxanların ümumi sayı 369 nəfər təşkil edir. Bu xəstəlikdən 26 nəfər sağalıb.
Hazırda karantin rejimi ölkənin Nur-Sultan, Almatı, Karaqanda və Atyrau vilayətinin beş şəhərində tətbiq edilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]