Qazaxıstanlı müşahidəçi: Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır
Qax, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Mən MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasını təmsil edirəm. Bu gün 112 saylı Qax seçki dairəsinin məntəqələrində seçki prosesini izləyəcəyəm. Hazırda 2 saylı seçki məntəqəsindəyəm. Məntəqə heç bir qanun pozuntusuna yol verilmədən təyin olunan vaxtda - saat 8.00-da açıldı. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır.
Bu rəyi Beynəlxalq Müşahidə Missiyasının üzvü, Qazaxıstan parlamentinin nümayəndəsi Nazar Berdibek AZƏRTAC-a müsahibəsində açıqlayıb.
Seçki məntəqəsinin yüksək səviyyədə təşkil olunduğunu bildirən beynəlxalq müşahidəçi deyib: “Səsverməni xeyli sayda yerli müşahidəçi də izləyir. Məntəqədə veb-kamera quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir”.