Qazaxıstanlı pilot Formula W Series yarışlarında debüt edə bilər
Bakı, 19 dekabr, AZƏRTAC
Formula W Series debüt çempionatında iştirak etmək istəyən qadın pilotların geniş siyahısını açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əvvəl açıqlanan siyahıya daha 6 pilotun adı əlavə edilib. Beləliklə, siyahıda 61 zərif cinsin nümayəndəsi yer alıb. Onlar arasında Qazaxıstandan olan Lyubov Andreyeva da var. İyirmi iki yaşlı idmançı hazırda Moskvada yaşayır.
L.Andreyeva 2006-cı ildə kartinqlə məşğul olmağa başlayıb və bir il sonra Qazaxıstan çempionu olub. Pilot, həmçinin “Formula-Rusiya”da iki mövsüm “Astana Motorsport” komandasının heyətində çıxış edib.
Seçim nəticəsində 18 iştirakçı Formula W Series yarışlarında iştirak hüququ qazanacaq. Yarış 6 mərhələdən ibarət olacaq. İlk mərhələnin mayın 3-dən 5-dək təşkil olunması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]