QAZMA PROQRAMI UĞURLA DAVAM EDİR
Qərbi Azəri (QA) yatağında qazılmış dörd quyunun hamısının platformaya birləşdirilməsi tamamlanmış, platformadan iki quyu qazılmış və bu günlərdə üçüncü quyunun da qazılmasına başlanmışdır. Tamamlanması dekabrın ortalarına planlaşdırılmış bu quyunun layihə dərinliyi 4055 metrdir. Ondan sonra bu il platformadan qazılan dördüncü quyu kimi bir vurucu quyunun qazılmasına başlamaq planlaşdırılır.
Çıraq yatağında dekabr ayında A-21 quyusunun qazılmasına başlanacaqdır. Bu, platformadan uzaq məsafəyə qazılacaq suvurma quyusu olacaqdır.
Dərinsulu Günəşli (DSG) yatağında Faza 3 öncə qazma proqramı “Dədə Qorqud” yarımdalma qazma qurğusu vasitəsilə uğurla davam edir.
DSG öncə qazma proqramı hazırda səkkiz quyudan ibarətdir, onlardan yeddisi lay tavanına qədər qazılmış hasilat quyusu, biri isə şlamların yenidən laya vurulması quyusu kimi (yalnız platformadan qazma əməliyyatlarında istifadə etmək üçün) planlaşdırılır. Dayaq tavasından qazılmış öncə qazma quyularından əlavə, DSG qazma əməliyyatlarına həmçinin altı ədəd sualtı suvurma quyusu daxildir ki, bunlar da “Dədə Qorqud” qazma qurğusu ilə qazılacaqdır.