“Qəbələ” futbol klubu Azərbaycan Premyer Liqasında 500-cü matçını keçirib
Bakı, 3 may, AZƏRTAC
“Qəbələ” futbol klubu Azərbaycan Premyer Liqasında 500-cü matçını keçirib. Komanda bu nailiyyətə Premyer Liqanın XXXII turunda “Səbail”ə qarşı keçirdiyi oyunda nail olub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” 17 mövsüm ərzində 196 qələbə qazanıb, 136 heç-heçə edib və 168 dəfə uduzub. Bu oyunlarda 611 qol vuran komanda 563 qol buraxıb. “Qırmızı-qaralar” Premyer Liqada 724 xal toplayıb.
“Qəbələ” çempionatın tarixində 500 və daha çox oyun keçirən 7-ci komandadır. Qəbələ şəhər stadionundakı matç 251-ci ev görüşü kimi qeydə alınıb. Digər 250 matç səfərdə baş tutub.
Xatırladaq ki, “Qəbələ” Premyer Liqada ilk oyununu 2006-cı il avqustun 5-də keçirib. Həmin vaxt “Gilan” adlanan komanda “İnter”lə ev sınağında qolsuz heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]
Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər
- 16.06.2026 [01:01]
Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]