“Qəbələ” komandası “Stubay Cup” turnirində qüvvəsini sınayıb
Bakı, 19 iyun, AZƏRTAC
Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu hazırlıq çərçivəsində mini-turnirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıblar. Komandamız hər oyunu 45 dəqiqəlik bir hissədən ibarət olan turnirdə ilk matçını “Vakker”ə qarşı keçirib.
Qarşılaşmada Avstriya təmsilçisi qalib gəlib - 1:0. “Vakker” klubunun futbolçuları MOİK-lə oyunda 1:3 hesabı ilə məğlub olublar. Turnirin son görüşündə isə “Qəbələ” Sofiya təmsilçisi ilə qarşılaşıb. Bu matçda da qələbə qazanan Bolqarıstan klubu turnirin qalibi olub. Dördüncü dəqiqədə hesabı açan MOİK final fiti ərəfəsində hesabı artırmağa nail olub. Oyunda 2:0 hesablı qələbə qazanan sofiyalılar turniri 6 xalla başa vurublar.
Xatırladaq ki, iyunun 7-dən Avstriyada olan “Qəbələ” bunadək 2 yoxlama oyunu keçirib. Yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn komandamız Rusiya “Axmat”ına 0:1 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]