“Qəbələ” komandası “Trabzonspor”a qalib gəlib
Bakı, 8 aprel, AZƏRTAC
Türkiyədə keçirilən ənənəvi “İzmir Cup” beynəlxalq turnirinə yekun vurulub. Yarışda qüvvəsini sınayan “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası sonuncu gün iki qarşılaşmaya çıxıb.
AZƏRTAC xəbər verir ki, qrup oyunlarından sonra final mərhələsinə vəsiqə qazana bilməyən Elnur İmanquliyevin baş məşqçisi olduğu komanda təsəlliverici matçlarda gücünü yoxlayıb. “Qəbələ” Türkiyənin “Başakşəhər” klubu ilə qolsuz heç-heçə edib. “Trabzonspor”la görüşdə isə komandalar hərəyə bir qol vurublar. “Qırmızı-qaralar”ın heyətində Ömər Kərimov fərqlənib. Bu oyunun penaltilər seriyasında komandamız 5:4 hesablı qələbə qazanıb.
Turnirin qalibi isə “Mançester Siti” (İngiltərə) və PSV (Hollandiya) arasında oyunda müəyyənləşib. Böyük britaniyalılar qolsuz başa çatan matçın penaltilər seriyasında qələbə qazanıblar - 2:1. Üçüncü yer uğrunda matçda isə İtaliya “Parma”sı Sloveniyanın “Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]