Qəbələdə Ulu Öndərin xatirəsi anılıb
Qəbələ, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Qəbələ rayonunda silsilə tədbirlər, anım mərasimləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin Qəbələdə keçirilən şahmat üzrə “Vüqar Həşimov Memorialı-2023” superturnirinin rəhbər şəxsləri və iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər.