“Qəbələ”nin UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib
Bakı, 15 iyul, AZƏRTAC
“Qəbələ” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Qəbələ” Macarıstanın “Fehervar” klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.
Siyahıda ümumilikdə 26 futbolçu - qapıçılar Səlahət Ağayev, Kristof Atanqana-Assimba, Elməddin Sultanov, Həsən Həsənli, müdafiəçilər - İlkin Qırtımov, Ruan Renato, Rüfət Əhmədov, Məqsəd İsayev, Murad Musayev, Hüseyn Mürsəlov, Urfan Abbasov, Salman Ələsgərov, Süleyman Damadayev, yarımmüdafiəçilər - İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Asif Məmmədov, Mehrac Baxşalı, Rauf Rüstəmli, Gülağa Əsədov, hücumçular - Omar Hani, Ülvi İsgəndərov, Yaovi Akakpo, Rafael Utziq, Emil Səfərov və Felipe Santos yer alıb.
Xatırladaq ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də, cavab matçı 28-də baş tutacaq. Komandamız ilk matçı səfərdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]