Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim diyarda ənənəvi qış hazırlığı

Naxçıvan, 26 oktyabr, Rauf Kəngərli, AZƏRTAC

Qədim Naxçıvan diyarında qış hazırlığına hələ erkən yazda başlayardılar. Əvvəla, o vaxtlar kirəmit, şifer olmadığı üçün evlərin dam örtüyünü ildə bir dəfə suvamaq lazım gəlirdi. Bu iş isə yayın sonları, payızın əvvəllərində görülərdi.

Çörək bol olarsa...

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə ətraflı məlumat verən tədqiqatçı-jurnalist Zaleh Novruzov qeyd edir ki, qış hazırlığının ikincisi, daha doğrusu, ən vacibi bu fəsil üçün un tədarükünün görülməsi idi. Bu prosesdə həm kişilər, həm də qadınlar iştirak edərdilər. Buğdanın yuyulub-qurudulması, alaq toxumlarından təmizlənməsi qadınların üzərinə düşərdi. Taxılı dəyirmana daşımaq, növbə saxlamaq, üyütmək isə kişilərin işi idi. Su dəyirmanlarının istehsal gücü aşağı, sayı az olduğuna, bəzi kəndlərdə isə dəyirman olmadığına görə üyüdüləcək buğdanın qonşu kəndlərə aparılması çox zəhmət tələb edərdi. Hər kəs ailəsinin ehtiyacı qədər buğda üyüdər, yunla əyirilmiş ipdən toxunmuş çuvallara yığıb saxlayardı.

Soyuqdan qoruyan, dərdlərə dərman olan təndir kürsüsü

Etnoqrafiyamıza görə, üçüncü əsas məsələ qış yanacağının tədarükü idi. Ağac bol olan yerlərdə odunlar doğranar, bir tərəfdə çin vurularaq üstü örtülərdi. Evləri qızdırmaq üçün buxarıdan və kürsüdən istifadə edərdilər. Evləri tikən zaman divarda ocaq yeri qoyar, üst hissəsini boru şəklində hörərdilər ki, tüstünü çəkib aparsın. Ocağın (buxarının) qabaq hissəsi açıq olardı. Evlərin ortasında təndir qoyular, ya da çala qazılardı. Təndir yandırılar və köz düşməsini gözləyərdilər. Çalaya isə kənarda yanan odun közünü gətirib tökərdilər. Masanı (kürsü) çalanın üzərinə qoyar, onun üzərinə isə kürsü yorğanını salardılar. Yorğanın üzərindən xüsusi toxunmuş kürsü palazı açardılar. Ailənin sayına görə masanın ölçüsü fərqli olardı.

Dar günün ehtiyatı - yarma

Ərzaq tədarükünə gəldikdə isə Zaleh Novruzov deyir ki, qışa hazırlaşmaq üçün yarma, əriştə, qovurma, müxtəlif növ şoraba, mürəbbə və kompotlar hazırlanardı. Yarma üçün ağ, yumşaq buğda növü və ya pərinc seçilir. Bunun üçün əvvəldən təmizlənmiş buğda qaynadılır, sonra sərilib qurudulur. Qurumuş buğda əl daşında (kirkirə) çəkilib xırdalanır. Xəlbirdən ələyərək un hissəsi seçilir. Yarmanı dağarçıqlarda, qurudulmuş, uzun boğazlı, yumru qabaqların içərisinə yığıb saxlayırlar. Quruyanda yalnız nazik qabığı qalan bu qabaqlar 4-5 kiloqram məhsul tutur, havalandığı üçün məhsul yaxşı qalır. Yarmadan yarma plovu, eyni zamanda şilə, əriştə ilə qarışdırılaraq çəkmə bişirilir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə “şilə” sözünün “düyüdən bişirilmiş sulu xörək” mənasında olduğu qeyd edilib. Ona görə də Naxçıvanda buğda yarmasından bişirilmiş xörək növünə “şilə” deyilir.

Tədqiqatçı-jurnalist bildirir ki, 1727-ci il “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə olan məlumata görə, Naxçıvanın, demək olar ki, bütün kəndlərində pərinc əkilib və bir-iki ton arası məhsul götürülüb. O vaxtlar Naxçıvanda pərinc yeməklərdə düyünü əvəz edib, ondan şilə də hazırlanıb. Maraqlıdır ki, həmin dövrün məlumatına görə, buğda düyü ilə pərincdən, demək olar ki, iki dəfə baha olub.

Əriştəni payızda kəsərlər...

“Əriştə ta qədimdən mətbəximizdə ən çox bişirilən yeməklərdəndir. Əriştə kəsmək ağır iş olduğu üçün qohum-qonşu bir-birinə əl tutur, iməcilik keçirirlər. Adətən, əriştənin kəsilməsində 5 nəfər iştirak edir. Bir nəfər kündə açır, o biri əriştəni kəsir, ikisi dəstə vurur, digəri isə daşıyıb ipdən asır. Əvvəllər əriştəni qəməlti (mətbəx bıçağı) ilə əldə kəsirdilər”, - deyən Zaleh Novruzov bildirir ki, dəstəkçilər kəsilən əriştəni iki əllə silkələyir, əriştə nazikləşməklə yanaşı, həm də uzanır. İpdə quruyan əriştələr sacda qovurulur. Dəstəyə gəlməyən qısa və enli əriştələr “alt əriştə” adlanır. Bu əriştələr aşağı keyfiyyətli əriştə hesab edilir. Müasir dövrdə əriştə kəsilməsinə avqust ayından başlanılsa da, vaxtilə əriştəni payızın ikinci ayında, soyuq düşən zaman kəsərdilər. Yaşlıların dediyinə görə, soyuq vuranda ipə asılmış əriştə uzanıb nazikləşir.

Əriştə kəsən zaman sulu əriştə bişirilməsi adət halını alıb. Əriştədən əriştə aşı (çəkmə) bişirilir. Çəkmə bişirən zaman əriştə qaynadılır və içərisinə bir qədər quru ərik atılır. Bişənə yaxın xırda doğranmış qovurma tikələri ilə soğan qovurulur, xörəyə əlavə edilir. Əriştə plovu bişirilən zaman əriştəni qaynar suda bir qədər saxlayıb aşsüzənə töküb üstünə soyuq su gəzdirirlər. Sonra qazana tökülür, üstünə yağ əlavə edilib dəmə qoyulur. Plov bişirəndə əriştəyə bəzən düyü və ya yarma qatılır. Əriştə plovu, adətən, üz-gözsüz (qarasız) yeyilir.

Qış hazırlığının biri də qovurmadır. Bu işi də əsasən, oktyabr-noyabr aylarında görürlər.

Qış problemlərindən uzaq Naxçıvan

Göründüyü kimi, ənənəvi qış hazırlığı ta qədimdən ata-babalarımızın əsas qayğılarına çevrilib. O dövrdə çətinliklə də olsa, bu proses vaxtında aparılardı. Ötən illər ərzində bu qayğılardan azad olmuşuq. Çünki muxtar respublikamız sürətli sosial-iqtisadi inkişafa qovuşub və kəndlərimizdə müasir infrastruktur yaradılıb, müasir layihə əsasında evlər qurulub. Digər bir tərəfdən, enerji təhlükəsizliyi tam təmin edilib.

Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilir. Qaz və işıq fasiləsiz verilir, yaşıllıqlar sağlam ekoloji mühitə töhfə verir. Bir mühüm məqam isə odur ki, muxtar respublikada ərzaq təhlükəsizliyi tam təmin olunub. Naxçıvanda istehsal olunan çeşid-çeşid məhsullar daxili tələbatı ödəməklə yanaşı, ölkə və xarici bazarlara da çıxarılır, böyük alıcı rəğbəti qazanır. Bundan başqa, müstəqillik illərində əkin-biçinlə məşğul olanlara dövlət əlverişli şərait yaradıb. İldən-ilə torpaqların məhsuldarlığı artırılır, mövcud su dəyirmanları təmir olunaraq istifadəyə verilir, yeni dəyirmanlar inşa olunur. Bir sözlə, Naxçıvan kəndlisinin çörəyi yenə də öz təknəsindəndir. Amma bu dəfə daha rahat və müasir üsullarla...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Fransada saxta xəbərlərlə investorları aldadan fırıldaqçılarla bağlı xəbərdarlıq edilib

Avropa Komissiyası Ukraynaya silah tədarükü üzrə müzakirələri davam etdirir

Bu saata olan əsas xəbərlər

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Kürdəxanıda tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

® Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunur

Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır

Musiqi seçimi imkanları genişləndikcə insanın zövqü dəyişə bilərmi? - sosioloq

Səkkizguşəli məqbərənin sirri: Şahi-Zində kompleksi ilə Azərbaycanı nə bağlayır? VİDEO

Azərbaycana turist gətirən çarter aviareyslər subsidiyalaşdırılacaq

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur VİDEO

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur VİDEO

Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır VİDEO

Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır VİDEO

Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi təşkil olunub

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

Turizm sənayesində innovasiya müsabiqələri keçiriləcək

Turizm sektorunda kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulacaq

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

İctimai iaşə obyektlərində yay mövsümündə qida təhlükəsizliyi necə təmin olunur?

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO

Qırğızıstanda “Juventus Academy” futbol mərkəzinin yaradılması planlaşdırılır

Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb

“AzərEnerji” ASC ilə Azərbaycan Mühəndislik Akademiyası arasında müqavilə imzalanıb

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO

Bakıda, Şuşada və Xankəndidə əmək münasibətləri ilə bağlı posterlər nümayiş olunur

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

Heyvanların identifikasiyası nə üçün vacibdir?

VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir

Turizm ixtisasları üzrə təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılacaq

“Neftçi”nin amerikalı yeni basketbolçusu: Azərbaycan çempionatında hər epizod həlledici məna kəsb edir – MÜSAHİBƏ

Oğuzda “Kitab karvanı” layihəsi başa çatıb

Yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyi veriləcək

Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə yaxından tanış olublar VİDEO

Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə yaxından tanış olublar VİDEO

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO

Uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartları qəbul edilib

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

TDT Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir - ŞƏRH

Naxçıvan Orta Dəhlizin mühüm nəqliyyat qovşağına çevriləcək - ŞƏRH

Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO

Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO

“Azerbaijan.travel” platforması təkmilləşdiriləcək

Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib

TRIPP layihəsi və Naxçıvanın strateji gələcəyi – ŞƏRH

Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb VİDEO

Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb VİDEO

Naxçıvanda meyvə şirəsi istehsalı 82 faizə yaxın artıb

Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir - Ekspert rəyi

Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir? VİDEO

Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir? VİDEO

Azərbaycandan Tunisə xam neft ixracı kəskin artıb

Hulusi Kılıç: Prezident İlham Əliyev Türk dünyasının inteqrasiyası prosesinin ön sıralarındadır

Nazim Cəfərsoy: TRIPP-in reallaşması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq

Naxçıvanda kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz artıb

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Dünya enerji bazarında növbəti qiymət artımı dalğası başlayıb

Milli musiqimiz Pekində təbliğ olunacaq

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

Beşinci qrupda müsabiqə necə aparılır? – DİM-dən açıqlama

Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir - ŞƏRH

® “Unibank”ın 7 faizədək endirimli kredit kampaniyası davam edir

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi”nin və strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin  130 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMU tələbəsi və mentorunun layihəsi beynəlxalq innovasiya festivalında gümüş medala layiq görülüb

V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlanıb

Bəyimxanım Cavanşirova-Verdiyeva: Xan Şuşinski irsini yaşadır, milli musiqimizi dünyada təbliğ edirik

Fermerin 145 manatlıq sığortası 6156 manatlıq zərərini qarşıladı

Beşinci ixtisas qrupu üzrə 4 735 plan yeri ayrılıb

® “Azercell” “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bu il Almaniyada yüksək temperaturla əlaqəli ölüm hallarının sayı 14 mini ötüb

Baş direktor: Polşa, Niderland və İtaliya ən güclü güləşçiləri ilə Bakıya gəlib

® ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb

Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir

İqlim dəyişmələri əsrin sonunadək Avropada meşə yanğınlarının əhatə dairəsini üç dəfəyədək artıra bilər

İki əsrin yadigarı, Qafqazın möhtəşəm minarəsi -  REPORTAJ  VİDEO

İki əsrin yadigarı, Qafqazın möhtəşəm minarəsi - REPORTAJ VİDEO

Sabah axşamdan külək tədricən zəifləyəcək - PROQNOZ

Pəhləvan güləşi Etnosport 2027 Oyunlarının proqramına daxil edilib

Gülnarə Səfərova: Azərbaycan musiqisinin təbliği xaricdə yaşayan soydaşlarımızın ən mühüm missiyasıdır

Tovuzda 41 yaşlı qadını ilan sancıb VİDEO

Tovuzda 41 yaşlı qadını ilan sancıb VİDEO

Dövlətə məxsus “Kotam” qırmadaş yatağının bir hissəsi özəlləşdirilib