Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində aidiyyəti qurumların və sakinlərin iştirakı ilə Naftalan şəhərində görüş keçirilib. Görüşdə zərərvericiyə qarşı istifadə olunan mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb və maarifləndirici çap materialları paylanılıb.
Tədbirdən sonra Naftalan şəhərində yerləşən park və yaşıllıq ərazilərdə zərərvericiyə qarşı feromon tələlər asılıb.