ELM VƏ TƏHSİL
QƏRB UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ BEYNƏLXALQ TƏCRÜBƏNİ ÖYRƏNİRLƏR
Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, MEM müsabiqəsinin qrup yarışları yeddi mərhələdə keçirilir. Final mərhələsi isə cari ilin sonunda Nyu-Yorkda olacaqdır.
MEM-in şərtlərinə görə, müsabiqənin bütün iştirakçıları istehsalın təşkili, kapital qoyuluşunun təşviq edilməsi, bank uçotu, habelə əmtəə və xidmətlərin ixrac və idxalı sahəsində dərin biliklərə malik olmalıdırlar. Onlar virtual dünya bazarında ticarət və maliyyə əməliyyatlarının yekunlarına görə daha çox bal toplamağa çalışırlar. Püşkatmanın nəticələrinə əsasən, qrup yarışlarında Azərbaycan komandasının rəqibləri rusiyalı, kiprli və ispaniyalı tələbələr olacaqlar.
Universitetdə demişlər ki, ali məktəbin rəhbərliyi hər bir tələbənin biliklərinin artırılmasına çalışır, beynəlxalq yarışlarda iştirak isə beynəlxalq təcrübənin respublika təhsil sahəsinə tətbiqinə müsbət təsir göstərir.