Qərbi Afrika İqtisadi Birliyinin Nigerdə üsyançılarla danışıqları uğursuz başa çatıb
Bakı, 20 avqust, AZƏRTAC
Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) nümayəndə heyəti Nigerdə dövlət çevrilişi həyata keçirən hərbçilərlə danışıqların nəticəsiz qalmasından sonra bu ölkəni tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, ECOWAS-un nümayəndə heyəti Nigerdən Nigeriyanın paytaxtı Abucaya uçub. İddialara görə, nümayəndə heyəti üzvləri qiyamçıların yaratdığı Vətəni Qurtuluş Milli Şurasından üzv ölkələrin onları təqib etməyəcəyinə dair vəd vermək müqabilində hakimiyyətdən əl çəkməyi tələb ediblər.
Bundan əvvəl “Əl Ərəbiyyə” kanalı Nigerdə vəziyyətin nizamlanması üzrə danışıqların uğursuzluğundan sonra ECOWAS nümayəndə heyətinin respublikanı tərk etmək niyyətində olduğunu bildirmişdi. Üsyançılar devrilmiş prezident Məhəmməd Bazumu azad etməkdən və vəzifəsinə bərpa etməkdən imtina ediblər.
Qeyd edək ki, ECOWAS-un nümayəndə heyəti danışıqlar aparmaq üçün avqustun 19-da Nigerin paytaxtı Niamey şəhərinə gəlmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]