QƏRBİ AVROPA ASSAMBLEYASI QAFQAZDA TƏHLÜKƏSİZLİYİN BƏRQƏRAR OLMASINI İSTƏYİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 1996-cı ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizlə Avropa Birliyi arasında əməkdaşlıq əlaqələri yarandığını və müqavilə imzalandığını deyən M.Ələsgərov, bundan sonra da əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edəcəyini vurğulamışdır. Dəfələrlə Avropa Birliyinin nümayəndə heyətləri Bakıda olmuş və müxtəlif məsələlər ətrafında danışıqlar aparmışlar. Ümid edirik ki, bu səfər də əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayacaqdır.
Parlamentin sədri daha sonra ölkəmizdə həyata keçirilən islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verdi.
Səmimi qəbul üçün minnətdarlıq edən Marko Zakkera İtaliya parlamentinin sədrinin salamlarını Murtuz Ələsgərova çatdırdı. O dedi ki, səfərdən məqsəd regiondakı vəziyyətlə bağlı ətraflı məlumat toplamaq, münaqişənin həlli yolları barədə müzakirələr aparmaq və məruzə hazırlamaqdır. Sizə məlumdur ki, Avropa Şurasından fərqli olaraq, Qərbi Avropa Birliyi müdafiə, sabitlik və təhlükəsizlik məsələlərinə baxır. Qərbi Avropa Birliyi Assambleyası Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana xüsusi diqqət yetirir. Ona görə də münaqişələrin həllinə biganə qala bilməz.
Azərbaycandan sonra Gürcüstana və Ermənistana gedəcəyini bildirən Marko Zakkera məruzənin obyektiv olacağını və sənəddə hər şeyin olduğu kimi öz əksini tapacağını vurğulamışdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.