SİYASƏT
Qərbi Azərbaycan İcması ABŞ-ı köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırıb
![Qərbi Azərbaycan İcması ABŞ-ı köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırıb](/files/2023/3/1200x630/16935573975512421381_1200x630.jpg)
Bakı, 1 sentyabr, AZƏRTAC
ABŞ-ın yalnız Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyindən, “blokada”dan danışıb Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarına və qayıdışına toxunmaması ədalətsiz və qəbuledilməz yanaşmadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının ABŞ Dövlət Departamentinin mətbuat katibinin avqustun 31-də yaydığı bəyanata cavabında bildirilib.
Qeyd olunub ki, bütün bunlar, eləcə də Qərbi Azərbaycan İcmasının ABŞ-ın Dövlət katibi Antoni Blinkenə ünvanladığı məktuba hələ də cavab verilməməsi rəsmi Vaşinqtonun məsələlərə ikili standartlar prizmasından yanaşdığını göstərir.
Qərbi Azərbaycan İcması, eyni zamanda, ABŞ-ı “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:55]
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO
- 02.07.2024 [17:39]
Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO
- 02.07.2024 [16:00]